Xəbər lenti

"Neftçi"nin oyununda kütləvi dava
İdman14:55 02.03.2017

"Neftçi"nin oyununda kütləvi dava

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan çempionatının 17 yaşadək futbolçuları arasında “Zirə” - “Neftçi” matçında dava düşüb. "Qaynar" "Report"a istinadən xəbər verir ki, kütləvi insidentin səbəbkarları "Zidə"dən Ramil Məmmədbağırov, “Neftçi”dən isə Mehman Mənsimov olub.
Onlar oyun başa çatdıqdan sonra dava-dalaşda iştirak ediblər. AFFA İntizam Komitəsi hər iki futbolçunu 5 oyun cəzalandırıb. “Zirə” və “Neftçi” klublarına xəbardarlıq olunub, bu halın yenidən baş verəcəyi təqdirdə hər iki klubu daha ciddi sanksiyalar gözləyir.
Qeyd edək ki, daha bir cəza 84-cü dəqiqədə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılan “Zirə”nin futbolçusu Murad Məmmədova verilib. O, növbəti qarşılaşmanı buraxmalı olacaq.
Qaynar.Az