
Bu günlərdə Amerikanın məşhur «The New York Times» qəzetində Cənubi Qafqazdakı son durum və bu regionun əhəmiyyəti barədə məqalə nəşr edilib.
ANN.Az-ın verdiyi xəbərə görə, məqalənin müəllifi Aleksandros Petersendir. 29 avqust tarixində yayımlanmış məqalədəki müəllifin "Cənubi Qafqaz artıq öz gələcəyi barədə düşünməli və seçim etməlidir" şərhini oxucuların diqqətinə təqdim edirik:
ABŞ-ın keçmiş 4 görkəmli səfiri Cənubi Qafqaz regionunun üzləşdiyi hazırki durumla bağlı qısa, ancaq çox əhəmiyyətli brifinq keçirdi. Ancaq onlar nədənsə regionun çox vacib əhmiyyətindən söz açmadılar. Coğrafi nöqteyi nəzərdən Cənubi Qafqaz İranla Rusiya arasında yerləşməklə "İynə deşiyi" rolunu oynayır. O, Qərblə Mərkəzi, Şərqi və Cənubi Asiyanı birləşdirir. Azərbaycan və Gürcüstan regionda dəmiryolu və şose şəbəkəsini özündə birləşdirən əsas ölkələrdir. Bundan başqa, bu ölkələrdə aparılan Trans-Avrasiya informasiya magistralı üzərində iş hazırda özünün pik nöqtəsindədir.
Özünün sürətli inkişafı ilə seçilən və Dubay şəhərini xatırladan Azərbaycanın paytaxtı Bakı qısa müddətdən sonra dünyada ən hündür binanın olduğu şəhər kimi öyünə bilər. Cənubi Qafqaz bir vaxtlar Qərbin bu regionun ölkələrinə müstəqilliklə təmin etməsi dövründən çox uzaqlaşıb. Bu regionun ölkələri müstəqil dövlətlər sayılırlar, onlar müstəqil xarici siyasət yürüdür və özləri özlərinin müstəqilliyini təmin etmək iqtidarındadırlar. İndi bu ölkələrlə strateji cəhətdən daha vacib əməkdaşlıq əlaqələrinin qurulmasının vaxtı çatıb - xüsusilə bu region ölkələrinin özlərinin şimaldakı və cənubdakı daha böyük qonşuları ilə gərgin münasibətlər yaşadığı bir dövrdə.
Müəllif barədə: Aleksandr Petersen məşhur jurnalist, politoloqdur, o, "Dünya adası: avrasiya geopolitikası və Qərbin taleyi" kitabının müəllifi, həmçinin Vudro Vilson Mərkəzinin araşdırmaçısıdır.
Qaynar.info