Xəbər lenti

"Nikoil Bank" ondan şikayət edən vətəndaşı hədələdi
Ölkə13:06 08.11.2013

"Nikoil Bank" ondan şikayət edən vətəndaşı hədələdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bir müddət əvvəl "Nikoil Bank"ın vətəndaş Nuraliyev İlkin İlham oğluna qarşı əsassız iddia qaldırlıması ilə bağlı məlumat vermişdik.

Qaynar.info
-ya şikayət məktubu yollayan vətəndaş bankın bütün borclarını ödəməsinə baxmayaraq, məhkəməyə verildiyini bildirmişdi.

Növbəti dəfə redaksiyaya müraciət edən vətəndaş bildirdi ki, birinci yazıdan sonra ona zəng edib əvvəl məsələni həll edəcəklərini deyiblər: "Yazıdan dərhal sonra bankın işçilərindən biri məhkəmə ilə bağlı problemləri həll edəcəklərini söz verdi. Üstündən 1 həftədən çox keçməsinə baxmayaraq hələ də bir soraq yoxdur. Məhkəmə hələ də məni narahat etməkdə davam edir".

Nuraliyev İlkin onu da dedi ki, bankdan ona edilən ikinci zəng də tamam baş söz deyiblər: "Daha sonra "Nikoil Bank"ın başqa bir işçisi mənə zəng elədi.  Dedi ki, yazılan yazının heç bir xeyri yoxdu. "Guya şikayət etdin. Nə olacaq ki? Get, hara istəyirsən şikayət elə". İndi bilmirəm hara müraciət edim. Mən bu bankdan 24 aylığa götürdüyüm krediti 11 aya ödədim. Əvəzində isə bank həm məndən artıq pul aldı, həm də məni məhkəməyə verdi".

Qeyd edək ki, ötən həftə Nuraliyev İlkin adlı vətəndaş "Nikoil Bank"ın onu məhkəməyə verməsi və üstəlik kreditdən əlavə ona pul ödətdirilməsi ilə bağlı şikayət etmişdi.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.

Qaynar.info