Xəbər lenti

"Nil" mağazası mübahisəli qlobusları satışdan yığışdırdı - FOTO / YENİLƏNİB
Ölkə11:38 13.08.2013

"Nil" mağazası mübahisəli qlobusları satışdan yığışdırdı - FOTO / YENİLƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda dəftərxana və məktəb ləvazimatlarının satışı ilə məşğul olan  Türkiyənin "Nil" mağazalar şəbəkəsində Azərbaycanın ərazi bütövlüyünü təhrif edən qlobuslar satıldığı barədə bu gün yaydığımız məlumata "Nil" mağazasının müdiriyyəti tərəfindən reaksiya verilib.

Mağazanın müdiri Rəsul Direkin Qaynar.info-ya verdiyi açıqlamaya görə, artıq həmin qlobuslar satışdan yığışdırılıb.

"Bu qlobuslar Çin istehsalıdır. Çox kişik ölçülü olduğu üçün oradakı təhrifləri adi gözlə seçmək mümkün deyil. Bu gün şəxsən mənim nəzarətimlə bu qlobuslar satışdan yığışdırılıb. Onu da əlavə edim ki, bu qlobuslar Sədərk Ticarət Mərkəzində də, şəhərin bir çox digər yerlərində də satılır. Bəzən bizdə satışda qlobus qurtaranda biz də Sədərkdən məhsul alırıq. Amma Türkiyə istehsalı olan və bizdə də satılan qlobuslarda bu kimi problemlər yoxdur.".

___________________

11:59

Bakıda dəftərxana və məktəb ləvazimatlarının satışı ilə məşğul olan  Türkiyənin "Nil" mağazalar şəbəkəsində Azərbaycanın ərazi bütövlüyünü təhrif edən qlobuslar satılır.

Bu barədə Qaynar.info-ya oxuculardan biri məlumat verib.

Qaynar.info-nun araşdırması nəticəsində məlum olub ki, mağazada kütləvi satışa buraxılan qlobuslar və qlobus şəklində olan kiçik toplarda Dağlıq Qarabağ Ermənistan ərazisi kimi göstərilib.

Ümumiyyətlə qlobusların çox keyfiyyetsiz hazırlandığı diqqəti cəlb edir. Xəritədə əksər ölkələrin, o cümlədən Azərbaycanın ərazisi deformasiyaya uğrayıb.

Topların üzərində istehsalçı ölkə göstərilməsə də, qlobusların Çindən idxal edildiyi məlum olub. Onların istehsalçısı "Yiwu Jingfeng Stationery Co., Ltd." şirkətidir  (Rəsmi saytı: http://cnjf68.com).

Qaynar.info