Xəbər lenti

"Olimpiadada medal qazananların mükafatlarında azalma gözlənilmir" - Çingiz Hüseynzadə
Ölkə07:10 17.05.2016

"Olimpiadada medal qazananların mükafatlarında azalma gözlənilmir" - Çingiz Hüseynzadə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında medal qazanan Azərbaycan idmançıları üçün mükafatın məbləğində azalma gözlənilmir. 

Bunu "Report"a açıqlamasında Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

Onun sözlərinə görə, olimpiada öncəsi dövlət başçısı və MOK-un prezidenti İlham Əliyevin idmançılarla görüşü olacaq. Həmin ərəfədə mükafatın məbləği barədə sərəncam imzalanacaq: "Hesab edirəm ki, ötən olimpiadada nəzərdə tutulmuş mükafat kifayət qədər böyük məbləğ idi və artırılmasına zərurət yoxdur. Məbləğin azaldılacağını isə gözləmirəm: Əvvəlkindən az ola bilməz. Amma qərarı cənab prezident qəbul edəcək".

Qeyd edək ki, 2012-ci il London Yay Olimpiya Oyunlarında idmançılar üçün pul mükafatları tutduqları yerlərə müvafiq olaraq, 400 min manat, 200 min manat və 100 min manat olub. "Rio-2016" avqustun 5-dən 21-dək keçiriləcək. 

Qaynarinfo.az