
Bu gün Qaradağ Rayon Məhkəməsində keçmiş “OMON” üzvləri Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladov barəsindəki ömürlük cəzasının 20 il müddətinə azadlıqdan məhrum etmə ilə əvəz edilməsi haqda verdikləri ərizə üzrə məhkəmə prosesi keçirilib.
Qaynarinfo.Az xəbər verir ki, bu barədə məlumatı vəkil Elçin Sadıqov verib.
Vəkil qeyd edib ki, məhkəmə işin icraata qəbul edilməsindən imtina barədə qərar qəbul edib. Vəkil qərarı əsassız hesab etdiyini və apellyasiya şikayəti verəcəyini deyib.
Qeyd edək ki, adı çəkilən OMON-çular 16 dekabr 1996-ci ildən bəri cəza çəkirlər və bu il cəzalarının 20 ili tamam olur.
Qızılgül
Qaynarinfo.Az