Xəbər lenti

"Pensiya yaşının artırılması müəyyən suallar doğurur" - Deputat
Ölkə06:39 01.03.2017

"Pensiya yaşının artırılması müəyyən suallar doğurur" - Deputat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Azərbaycanda pensiya yaşının 65-ə çatdırılması müəyyən suallar doğurur. Belə ki, burada insan ömrünün o qədər də uzun olmaması və son dövrlər baş verən bir sıra problemlər var”.

Bu barədə Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, hazırda pensiya yaşının qadınlar üçün 63, kişilər üçünsə 65-ə çatdırılması müzakirə predmetidir:

“Qanun hələ ki qəbul edilməyib, layihə müzakirəyə çıxarılandan sonra müəyyən fikirlər səsləndirmək olar”, - deyə o bildirib. 

V.Əhmədov qeyd edib ki, bu məsələdə bir çox beynəlxalq təşkilatların tövsiyələri var.

Deputat xatırladıb ki, qonşu ölkələrdə də pensiya yaş həddinin 65-ə çatdırılması məsələsinə baxılır. 

Qeyd edək ki, qanun layihəsinə əsasən, kişilər üçün pensiya yaş həddi 2021-ci ilə qədər hər il 6 ay artırılacaq. Qadınlar üçün isə 2027-ci ilə qədər pensiya yaşı hər il 6 ay artırılacaq. Bununla da qadınların və kişilərin pensiya yaşı həddi 65-ə çatdırılacaq.

Qanun layihəsi qəbul olunarsa, 2017-ci il iyulun 1-də qəbul olunacaq.

Qaynar.Az