Xəbər lenti

"Pərvizdən qat-qat kəskin yazan jurnalistlər var" -Əflatun Amaşov
Ölkə07:44 19.09.2013

"Pərvizdən qat-qat kəskin yazan jurnalistlər var" -Əflatun Amaşov

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Bizim Yol” qəzetinin müxbiri Pərviz Həşimlinin həbsiylə bağlı Mətbuat Şurası MTN-ə məktub hazırlayır.

Bunu Moderator.az-a açıqlamasında qurumun sədri Əflatun Amaşov bildirib. Onun sözlərinə görə hələlik hər şey sonadək aydınlaşmayıb və ittiham Pərviz Həşimlinin jurnalist fəaliyyətinə görə yox, başqa məsələyə görə olduğundan tələsməyə ehtiyac yoxdur: “Ona qalsa Pərvizdən qat-qat kəskin yazan jurnalistlər və hakimiyyətə qarşı sərt mövqeyi ilə seçilən saytlar, qəzetlər var. MTN- nin yaydığı məlumatda silahdan söhbət gedir və istənilən halda biz müraciətimizdə işin ədalətli aparılmasını xahiş edəcəyik, ona qarşı hər cür işgəncənin yolverilməz olduğunu və daim nəzarətimizdə olacağını bildirəcəyik”.

Ə. Amaşov da onun başına torba keçilməsini anlamadığını bildirib və hüquq-mühafizə orqanlarını jurnalistlərə qarşı sərt davranışlardan qaçmağa çağırıb.

Qaynar.info