Xəbər lenti

"Petkim Holding": Fəaliyyətimiz normal şəkildə davam edir
Ölkə12:11 02.08.2016

"Petkim Holding": Fəaliyyətimiz normal şəkildə davam edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

 "Müxtəlif media orqanlarında şirkətimizin Əliağa ərazisinə polis araşdırması çərçivəsində əməliyyat təşkil edildiyi ilə bağlı xəbərlər yayımlanır".

"Report" xəbər verir ki, bu, "Petkim Petrokimya Holding"in Türkiyənin Cəmiyyəti Məlumatlandırma Platformasındakı (Kamuyu Aydınlatma Platformu- KAP) açıqlamasında qeyd olunub.

Bildirilib ki, bu hadisələrin şirkətin fəaliyyətinə hər hansı təsiri yoxdur. "Fəaliyyətlərimiz normal şəkildə davam edir", - deyə açıqlamada diqqətə çatdırılıb.

Qaynarinfo.Az