Xəbər lenti

"PR akademiya"sı 2016-cı il üçün ödənişsiz təlimlərinə başladı
Ölkə11:03 11.04.2016

"PR akademiya"sı 2016-cı il üçün ödənişsiz təlimlərinə başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ölkənin ilk "PR akademiya"sı 2016-cı il üçün ödənişsiz təlimlərinə başladı.

10 aprel saat 14:00 da Azərbaycan Tələbə və Gənclər Təşkilatları İttifaqının, "M Group" Şirkətlər qrupunun rəsmi dəstəyi ilə PR Akademiya PR şirkəti tərəfindən ödənişsiz PR menecment təlimlərinin təşkili məqsədi ilə həyata keçirilən PR akademiya layihəsi 2016-cı il təlimlərinə start verdi.

Təşkilati dəstəkçilərinin sayı durmadan artan PR akademiya layihəsi, təlimçi komadasını gücləndirmək məqsədi ilə bir çox xarici mütəxəssisləri də layihəyə dəvət edib. Layihənin rəhbəri "Nuranə Ağazadə"dən aldığımız məlumata görə növbəti təlim 16 aprel saat 14:00 da Slavyan universitetinin 500 nəfərlik zalında baş tutacaq. Təlimdə iştirak etmək üçün [email protected] emailinə öz ad, soy ad və əlaqə telefonunuzu yazıb göndərərək qeydiyyatdan keçə bilərlər. İştirak ödənişsiz olacaq.

Sön günlər cəbhədə baş verənlər səbəbi ilə ilk təlimini 10 aprel saat 14:00 tarixində Azərbaycan Tələbə və Gənclər Təşkilatları İittifaqının ofisində "İnformasiya müharibəsində düzgün PR" mövzusunda təşkil edən PR akademiya rəhbərliyi layihə üçün xüsusi ekspertlər dəvət edib. Təlimin təlimçiləri İnformasiya müharibəsinin düzgün aparılması ilə bağlı mövzu üçün Türkiyədən dəvət olunmuş PR eskpert Kaan Tetik, sosial şəbəkələr üzrə aktivlik mövzusu üçün ANS TV - də yayımlanan "Şəbəkə" verlişinin aparıcısı Rahil Kərimov, Azərbaycam milli yeməklərinin ermənilər tərəfindən oğurlanması ilə mübarizə mövzusu üçün isə məşur aşbaz, "Orient House" restoranının sahibi Teymur Şıxəliyev oldular.

Qaynar.info