Xəbər lenti

"Qafqaz Universitetinin diplomları tanınmasa..."
Ölkə10:18 22.09.2016

"Qafqaz Universitetinin diplomları tanınmasa..."

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İqtisadçı ekspert Qubad İbadoğlu Qafqaz Universitetinin diplomlarının Türkiyədə tanınmaması ilə bağlı qərara münasibət  bildirib. 

Qaynarinfo.Az xəbər verir ki, Q.İbadoğlu "facebook" səhifəsində yazıb: 

"Türkiyənin Yüksək Ögretim Kurulu (YÖK) Qafqaz Universitinin diplomlarının Türkiyədə tanınmaması və eyni zamanda adıçəkilən universitetin azərbaycanlı bakalavr məzunları Türkiyədə magistr pilləsi üzrə təhsil almasının qadağan edilməsi ilə bağlı qərar qəbul edib. Şuranın Qafqaz Universiteti ilə bağlı xüsusi qərarı xarici dövlətlərin ali təhsil sahəsində ixtisas­larının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) sahəsində milli qaydalara, ölkələrarası ikitərəfli müqavilələrə və beynəlxalq standartlara ziddir. YÖK-in məlum qərarı gələcəkdə digər fəsadlar yarada və presedentə çevrilə bilər. Ola bilər ki, ÇAĞ Öyrətim İşlətmələrinin orta məktəblərində təhsil almış şəxslərin hətta başqa adla məktəbdə məzun olduqdan sonra Türkiyə Universitetlərində təhsil almasına problemlər yaradılsın və yaxud Türkiyənin ardınca digər ölkələr də oxşar qərar çıxarsın. 

Qafqaz Universitinin məzunlarına birtərəfli qaydada tətbiq ediləcək bu məhdudiyyətlər təhsil və əmək hüququnun pozulması kimi qiymətləndirilə bilər. Çünki, həmin Universitetə daxil olan istedadlı tələbələr bir çox hallarda Türkiyədə və digər dövlətlərdə magistr dərəcəsi alırdı. Onu da unutmayaq ki, Qafqaz Universiteti bəzi beynəlxalq və regional reytinq cədvəllərində Azərbaycandan yer tutan 3 nüfuzlu ali məktəbdən biri olub və adətən bu Universitetə yüksək bal toplayan abituriyentlər daxil olub".

Qaynarinfo.Az