
"Qafqazinfo" saytına güclü haker hücumu başlayıb. Bu barədə saytın rəhbərliyindən məlumat verilib.
Bildirilir ki, sayta texniki dəstək verən mütəxəssislər hücumun qarşısını almağa və sayta ciddi zərər verməməsinə çalışırlar.
"Qafqazinfo"nun baş redaktoru Elbrus Ərud musavat.com-a bildirib ki, bu dəfə sayta hücum xarici ölkələrdən deyil, Bakıdandır və hücumun təşkil olunduğu İP-lər müəyyən edilib.
Baş redaktor detib ki, yaxın saatlarda hücumçuların ünvanı və törətdikləri kibercinayətkarlıq əməlləri barədə məlumatlar MTN-in Kiber Cinayətkarlıqla Mübarizə İdarəsinə təqdim ediləcək.
Qaynar.info