Xəbər lenti

"Qalatasaray"ın məşhur futbolçusu Türkiyəni tərk edir - Terrora görə
İdman16:29 15.03.2016

"Qalatasaray"ın məşhur futbolçusu Türkiyəni tərk edir - Terrora görə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Qalatasaray"ın cinah hücumçusu Lukas Podolski Türkiyəni tərk etmək istəyir.

Qaynar.info xəbər verir ki, bu barədə Almaniyanın məşhur "Bild" nəşri bildirib.

Həmin mənbəyə danışan Almaniya millisinin polşalı futbolçusu 2 gün əvvəl Türkiyənin paytaxtı Ankarada baş verən terror aktından sonra belə qərar qəbul etdiyini açıqlayıb: "Klub şokdadır. Burda nələrin baş verəcəyi ilə bağlı növbəti addımlarımı diqqətə almalıyam. Fikirlərim ölənlər, yaralılar və onların ailəsinin yanında qalıb. Necə də dəhşətli dünyadır".

Qeyd edək ki, Lukas Podolski "Qalatasaray"la ötən ilin iyulun 4-də müqavilə bağlayıb və bu keçidə görə İngiltərənin "Arsenal" klubuna pul ödənilib. Onun müqaviləsi 2018-ci ildə başa çatır.

Qaynar.info