Xəbər lenti

"Qanlıgöl”də qanlı hadisə: ər arvadını öldürdü
Ölkə06:22 24.03.2017

"Qanlıgöl”də qanlı hadisə: ər arvadını öldürdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda qətl törədilib.
"Qaynar" xəbər verir ki, Yasamal rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə “Qanlıgöl” ətrafındakı evlərdən birində qeydə alınıb. 
Orada yaşayan 1974-cü il təvəllüdlü Əkbər Əjdər oğlu Quliyev qısqanclıq zəminində həyat yoldaşı, 1975-ci il təvəllüdlü Firuzə Məhəmməd qızı Quliyevanı bıçaqlayıb. Dörd bıçaq zərbəsi alan F. Quliyeva hadisə yerindəcə keçinib.
Hadisəni törədən Ə. Quliyev saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
Qaynar.Az