Xəbər lenti

"Qanuni oğru" Moskvanı qarışdırdı
Ölkə08:26 13.12.2013

"Qanuni oğru" Moskvanı qarışdırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Moskva polisi kriminal aləmdə “Peço” ləqəbi ilə tanınan “qanuni oğru” Rezo Buxnikaşvilini həbs etdi

Moskva polisi kriminal aləmdə “Peço” ləqəbi ilə tanınan “qanuni oğru” Rezo Buxnikaşvilini həbs edib. 

Avropa.info-nun Rusiya mətbuatına  istinadən verdiyi məlumata görə, "Peço"  Moskvanın mərkəzində polislə silahlı toqquşmadan sonra saxlanılıb. Polislə "Peço"nun cinayətkar qruplaşması arasında atışma dekabrın 12-də axşam Moskvada “Frunzenskaya” metrostansiyası yaxınlığında, Komsomolskaya prospektində ev 25-də baş verib. Polisə məlumat verilib ki, binada adı çəkilən ünvandakı mənzillərin birində şübhə doğuran səslər gəlir. Hadisə yerinə gələn polisə mənzillərin birindən atəş açılır və atışmada iki polis yaralanır və dörd nəfərlik cinayətkar qruplaşmanın üzvlərindən biri hadisə yerində ölür. Əldə edilən məlumata görə, "Peço" yeganə şəxs olub ki, polislə qarşıdurmada aktiv müqavimətdə iştirak etməyib.

Qaynar.info