
"Qanun" nəşriyyatı rəhbərliyinin Vergilər Nazirliyinin əməkdaşlarının qanunsuz hərəkətlərindən Baş Prokurorluğa etdiyi müraciət yenidən Vergilər Nazirliyinə göndərilib.
Bu barədə musavat.com-a nəşriyyatın rəhbəri Şahbaz Xuduoğlu məlumat verib. Onun sözlərinə görə, Vergilər Nazirliyi də öz növbəsində şikayəti istintaqa göndərir: "Beləliklə, hər iki orqan bizə qarşı mübarizəyə cəlb olunur".
Ş.Xuduoğlu bildirir ki, qanunun icrasına nəzarət edən orqan pokurorluqdur və onların şikayətini prokurorluq araşdırmalıdır: "Niyə prokurorluq öz səlahiyyətlərini icra etmir? Bu qədər ziyalının etirazına səbəb olan qərəzli vergi yoxlamasına prokurorluq niyə göz yummalıdır?"
Nəşriyyat rəhbəri Vergilər Nzirliyinin nəşriyyata qarşı qərəzli olduğunu, onu əsassız yerə 150 min cərimə ilə məhv etmək istədiyini bildiirir: "Məhz bu səbəbdən qanunun icrasına nəzarət edən orqana - prokurorluğa müraciət edirik".
Qaynar.info