Xəbər lenti

"Qara polkovnik"in oğlunu "Bandotdel"dən apardılar
Ölkə09:09 26.05.2015

"Qara polkovnik"in oğlunu "Bandotdel"dən apardılar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Beynəlxalq Bankının Dubay filialının həbsdə olan müdiri Adil Hüseynov Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına köçürülüb.
Bu barədə virtualaz.org saytına vəkil Kamandar Nəsibov məlumat verib. Vəkil bildirib ki, yaxın günlərdə A.Hüseynovla görüşəcək.
Xatırladaq ki, A. Hüseynov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə təqsirləndirilən A.Hüseynovun barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 3 ay 17 gün müddətinə həbs-qətimkan tədbiri seçilib.
Onu da qeyd edək ki, Adil Hüseynov Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili, hazırda ömürlük həbsdə olan Hacı Məmmədovun dəstəsi tərəfindən öldürülən, daha çox “qara polkovnik” adı ilə tanınan Fətulla Hüseynovun oğludur.
Qaynar.info