
Bu axşam Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunlara start veriləcək.
Milli.Az-ın məlumatına görə, Ağdamın "Qarabağ" klubu bu axşam Maltada "Valletta"nın qonağı olacaq.
Tarixində ilk dəfə Çempionlar Liqasında mübarizə aparacaq Ağdam təmsilçisi Bakı vaxtı ilə saat 21:30-da oyuna çıxacaq. "Valletta"-"Qarabağ" oyununda ikincilərin fovarit olduğu bildirilir.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü bir həftə sonra Bakıda keçiriləcək.
15 iyul
Çempionlar Liqası, II təsnifat mərhələsinin ilk oyunu
21:30. "Valletta" (Malta) - "Qarabağ" (Azərbaycan)
Qaynar.info