Xəbər lenti

"Qarabağ"ın oyununa biletlər 1 manat baha satılır - "qara bazar"da
Ölkə17:32 25.08.2015

"Qarabağ"ın oyununa biletlər 1 manat baha satılır - "qara bazar"da

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"la İsveçrənin "Yanq Boyz" klubu arasında baş tutacaq cavab qarşılaşmasının biletlərinin satışına bu gündən etibarən start verilib. Satışın ilk günü olmasına baxmaraq, bilet almaq istəyən azarkeşlər stadion önünə axışmağa başlayıblar.
Qaynar.info "Qafqazinfo"ya istinadən xəbər verir ki, Tofiq Bәhramov adına Respublika Stadionunun önündә 2 manatlıq biletlәr 3 manata satılır. “Satıcılar” bunu kassalardan biletlәri 2 manat 50 qәpiyә almaqları ilə əsaslandırırlar. 
Xatırladaq ki, bu gün “Qarabağ” rəhbərliyi vətəndaşlara müraciət edərək qanunsuz bilet alverinin qarşısının alınması üçün mütləq kassalardan bilet almaqlarını tövsiyə edib: "Kassadan bilet almaqla "işbaz"ların alverinə zərbə vuraraq vətəndaşlıq mövqeyini sərgiləmiş olarsınız". 
Qaynar.info