Topaz Premyer Liqasında XI turun oyunları keçirilib. Qaynar.info xəbər verir ki, ötən turda olduğu kimi, bütün qarşılaşmalar eyni gündə baş tutub.
"Qarabağ" "Araz Naxçıvan"ı, "Neftçi" AZAL-ı eyni hesabla darmadağın edib. Hər iki komanda 4 cavabsız qola sevinib - 4:0.
"Xəzər Lənkəran" ilk dövrədə uduzduğu "Simurq"u evdə 2:1 hesabı ilə yenib. "Qəbələ" və "İnter" isə autsayderlərlə oyunda xal itirib. "Qəbələ" "Bakı" ilə 1:1, "İnter" "Sumqayıt"la oyunda 0:0 hesablı heç-heçəyə razılaşıb.
Premyer Liqa
2014/15 mövsümü
II dövrə, XI tur
2 noyabr
Qəbələ - Bakı 1:1
Qollar: Dodo, 5 - Nuran Qurbanov, 45.
Qırmızı vərəqə: Elşad Manafov, 90 (Bakı).
Qəbələ şəhər stadionu. 1000 tamaşaçı.
Sumqayıt - İnter 0:0
"Kapital Bank Arena”. 1500 tamaşaçı.
Xəzər Lənkəran - Simurq 2:1
Qollar: Sadio Tounkara, 40. Benjamin Lambot, 60 (avtoqol) - İdan Vaytsman, 38.
"Xəzər Lənkəran" mərkəzi stadionu. 5000 tamaşaçı.
Neftçi - AZAL 4:0
Qollar: Eltun Yaqublu, 10 (avtoqol). Denis Silva, 38. Nikolas Kanales, 71; 85.
Qırmızı vərəqə: Luis Ramos, 82 (AZAL).
"Bakcell Arena". Saat 17.15.
Qarabağ - Araz Naxçıvan 4:0
Qollar: Muarem Muarem, 15. İnnosent Emeqara, 34. Reynaldo Silva, 50; 62-pen.
Tofiq Bəhramov adına Respublika stadionu.
№ | Klub | O | Q | H/H | M | T/F | X |
1 | Qarabağ | 10 | 6 | 3 | 1 | 18:8 | 21 |
2 | Neftçi | 10 | 6 | 2 | 2 | 13:8 | 20 |
3 | İnter | 11 | 4 | 6 | 1 | 20:4 | 18 |
4 | Qəbələ | 11 | 5 | 3 | 3 | 12:12 | 18 |
5 | XəzərLənkəran | 11 | 5 | 2 | 4 | 15:11 | 17 |
6 | Simurq | 11 | 4 | 2 | 5 | 16:12 | 14 |
7 | Sumqayıt | 11 | 4 | 1 | 6 | 12:16 | 13 |
8 | Bakı | 11 | 3 | 2 | 6 | 9:23 | 11 |
9 | AZAL | 10 | 2 | 4 | 4 | 9:17 | 10 |
10 | ArazNaxçıvan | 10 | 1 | 1 | 8 | 7:20 | 4 |
Bombardirlər | Rəşad Eyyubov (Simurq) - 6. Mikel Alvaro (İnter), Nurlan Novruzov(Bakı), Məhəmməd Qurbanov (Sumqayıt) - 5. Cavid Hüseynov (Qəbələ) - 4. |
Qaynar.info