
Təhsil Naziri MikayılCabbarov “Azərbaycan” qəzetinə müsahibəsində deyib ki, təhsilin inkişafı üzrəDövlət Strategiyasında qəbul planının ləğvi nəzərdə tutulub.
Qaynarinfo.Az-aaçıqlama verən təhsil eksperti Nadirİsrafilov deyib ki, qəbul planının aradan götürülməsi təhsilin keyfiyyətinin yüksəlməsinə səbəb olabilər: "Sovet dövründə ölkədə təhsillə bağlı tələb-təklif prinsipi gözlənilirdi.Müstəqillik illərində özəl universitetlər göbələk kimi artdı. Biz bu gün bununaçı nəticələrini görürük. Ali təhsilli insanlar iş tapa bilmir, ölkədə diplomluişsizlər ordusu yaranıb".
N.İsrafilovdeyib ki, qəbul planının ləğvi universitetləri məcbur edəcək ki, təhsilin səviyyəsiniyüksəltsinlər:"Yüksək təhsil verən universitetlər tələbə problemi yaşamayacaq.Hər kəs arzulayacaq ki, məhz o universitetdə təhsil alısn. Boş qalan universitetlərisə bağlanacaq. Yəni rəqabət olacaq. İndiki halda qəbul planı ayrı-ayrı ali məktəblərin boş yerlərini doldurmağa xidmətedir".
Ekspertdeyib ki, bununla yanaşı, ali məktəblərə keçid balı da yüksəldilməlidir:"Neçəillərdir biz 150 balla ali məktəblərə tələbə qəbul eləmişik. 150 bal klassikbeş ballıq qiymətləndirmə şakalasında “ 1” qiymətinə bərabərdir. Keçən ildən bubal 200 bal müəyyənləşib, bu isə “2” qiyməti deməkdir. Bu cür balla tələbə qəbuletmək ali məktəblərdə olan boş yerləri doldurmağa xidmət edir. Məncə keçid balını heç olmazsa, 300-350 balayüksəltmək lazımdır. Belə olarsa, qəbul planının aradan götürülməsi işin xeyrinəolar”.
Qızılgül
Qaynarinfo.Az