Xəbər lenti

"Qış bulvarı"nda ilk qəza - EKSKLÜZİV - FOTOLAR
Ölkə19:10 09.05.2013

"Qış bulvarı"nda ilk qəza - EKSKLÜZİV - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Saat 23-30 radələrində yeni tikilən və sabah açılışı gözlənilən, vətəndaşların "Qış bulvarı" kimi tanıdıqları yerüstü parkda qəza baş verib. 

Qaynar.info-nun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, fəhlələrin gərgin işlədiyi vaxt "Nissan" markalı minik avtomobili sürətlə qəza törədərək parka girib. 

Hadisə zamanı xəsarət alan olmasa da, orada işləyən ağır texnikanın zədələnməsi nəticəsində parkda iş yarım saat dayanıb. Baş vermiş qəza ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da əraziyə gəlib.

Qaynar.info