Xəbər lenti

"Qiymət artımı qaçılmazdır" - EKSPERT RƏYİ
Ölkə12:44 19.11.2013

"Qiymət artımı qaçılmazdır" - EKSPERT RƏYİ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Azərbaycanda qiymət artımı qaçılmazdır"

Bunu Qaynar.info-ya açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli "Kommunal sahədə qiymət artımı olarsa, bu, hansı sosial problemlərə gətirib çıxara bilər" sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, 2014-cü ilin dövlət büdcəsi ilə bağlı Maliyyə Nazirliyinin rəsmi saytında yayılan lahiyədə qiymət artımı üçün müəyyən edilmiş maddələr var: "Amma hansı səviyyədə və neçə faiz qiymət artımının olacağı hakimiyyətin qərarından asılıdır. İndidən bu tipli məlumatların yayılması onu göstərir ki, cəmiyyəti bu fikirlərə alışdırır, qiymət artımı baş verərsə, bunun gözlənilməz olmadığı effektini yaradırlar.

Əgər qiymət artımı 2007-ci ildəki kimi kəskin şəkildə olacaqsa, sosial gərginlik yarada bilər. Həmin il həm kommunal, həm də yanacaqda nəzərə çarpacaq artım baş verdi və sosial gərginlik yaratdı. İndi də qiymət artımı gözlənildiyindən çox olarsa, əhalinin maddi durumuna ciddi təsir göstərəcək.

Bilirsiniz ki, yanacaqda baş verən istənilən artım digər sahələrin qiymət artımına da öz təsirini göstərir. Ciddi qiymət artımı, əlbəttə ki, sosial gərginliyin, insanların narahatçılığının artmasına səbəb olacaq".

İqtisadçı ekspert həmçinin qeyd edib ki, hakimiyyət özü də kütləvi qiymət artmında maraqlı deyil: "Çox güman ki, hakimiyyət ciddi qiymət artımına getməyəcək. Çünki ölkədəki vəziyyəti anlayırlar, insanların gəlirlərinin necə olduğunu bilirlər. Ölkədə narazıçılıq artır. Sosial gərginlik hakimiyyətə lazım deyil.

Ancaq müəyyən miqdarda qiymət artımının olacağı şəksizdir. İnsanlar indidən bunu anlayıb, dərk etməlidirlər".

Elkin Xəlilov

Qaynar.info