
“Mən düşünürəm ki, bu informasiyanı məqsədyönlü şəkildə dövriyyəyə buraxıblar”.
Bu sözləri “Axar.az”a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.
O özünü hər zaman xidmətə hazır hesab etdiyini və belə bir qərar olarsa, ona hörmətlə yanaşacağını bildirib, lakin: “Qız evində toydur, oğlan evinin xəbəri yoxdur. Belə bir məsələ haqqında mənimlə heç kim danışmayıb. Düşünürəm ki, bunu məqsədyönlü şəkildə dövriyyəyə buraxıblar. Mən yenə də deyirəm, həmin Üzeyirəm. Şükürlər olsun ki, Azərbaycan mətbuatı da bilir ki, mənim mövqeyim, amalım nədir. Mən heç vaxt vəzifə üçün müraciət etməmişəm və heç kimlə dava aparmamışam. Mən ilk azərbaycanlı hərbi jurnalistəm və bununla fəxr edirəm. Azərbaycanda ilk hərbi jurnalist diplomunun sahibiyəm. İndiyə qədər də kifayət qədər böyük vəzifələrdə çalışmışam. Kim nə yazır, nə deyir, söyləyə bilmərəm. Özümü hazırda xidmətə hazır bir şəxs kimi hesab edirəm. Əgər belə bir təklif olarsa, o qərara hörmətlə yanaşaram. Mən o qəzetin ilk baş redaktoru və yaradıcısı olmuşam. Bu məlumatın haradan qaynaqlandığını bilmirəm? Yenə də deyirəm, özümü xidmətə hazır hiss edirəm, amma onun hansı şəkildə olacağını Müdafiə Nazirliyinin rəhbərliyi həll edə bilər”.
Qeyd edək ki, bu gün mətbuatda Üzeyir Cəfərovun “Azərbaycan Ordusu” qəzetinin rəhbərliyinə gətiriləcəyi haqqında informasiya yayılmışdı.
Qaynar.info