Xəbər lenti

""Bazarstore" mülkiyyət hüquqlarına hörmət etmir" - İDDİA
Ölkə11:31 03.08.2015

""Bazarstore" mülkiyyət hüquqlarına hörmət etmir" - İDDİA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Bazarstore” MMC-nin Sumqayıt şəhərində yerləşən filialı ilə bağlı redaksiyamıza şikayət məktubu daxil olub. 

“Bazarstore” MMC Sumqayıtda icarəyə götürdüyü obyekti ələ keçirmək istəyir. MMC Sumqayıt şəhəri, 30-cu məhəllə, N.Nərimanov 3 ünvanında yerləşən “Qızılgül” firmasına məxsus təxminən 2000 kv.metrlik obyekti icarəyə götürüb.

"Qızılgül" firmasının direktoru Azər Nəbiyevin sözlərinə görə, “Bazarstore” MMC icarəyə götürdüyü obyektə sözün əsl mənasında at oynadır: "“Qızıl Gül” firması bazardakı mövcud vəziyyəti nəzərə alaraq icarə haqqını qaldırmağı “Bazarstore” MMC-ə təklif edib. Bundan sonra isə əsl çəkişmə başlayıb və “Bazarstore” MMC obyekti tərk etməyəcəyini bildirib. Obyekt sahibinə şəhərdəki bazara girmək istəyən və ya mövcud olan iri marketlərdən biri obyekti tam şəkildə (hər 2 mərtəbəsini icarəyə götürməklə aylıq 45 min manat  icarəyə götürmək istəyib. Təklif edilən qiymət isə həqiqətən ciddi məbləğdir. Buna görə də “Qızıl Gül” firmasının rəhbərliyi “Bazarstore” MMC-yə rəsmi qaydada məktub göndərmiş və icarə haqqının qaldırılmsını təklif edib. Lakin “Bazarstore” MMC məktuba nəinki cavab vermiş hələ bu azmış kimi “inzibati yollarla” təsir etməyə çalışıb."

Azər Nəbiyev bildirir ki, hazırda münasibət kəskin şəkildə soyumuş və “Bazarstore” MMC əlində olan bütün “təsir” imkanları ilə ona təzyiq etməkdədir. 

Azər Nəbiyev qeyd edir ki, rəhbərlik səviyyəsində tanınan Erdal bəy və onun köməkçisi Mərdan bəy bildiriblər ki, icarə haqqının bazar qiymətinə uyğu ödəniməsi mümkün deyil:"Dəfələrlə apardığımız danışıqlar nəticəsində müqavilə qiymətinin artırlması, əks təqdirdə icarə müqaviləsinə xitam verməklə obyekti tərk etməyi və buna görə də müqavilədə nəzərdə tutulmuş 2 aylıq müddətin tətbiq olunması barədə xəbərdarlıq etməyimizə baxmayaraq “Bazarstore” MMC bir mənalı şəkildə obyekti tərk etməyəcəyini bildirib və istehzalı şəkildə “əgər gücünüz çatırsa çıxardın” deyib. Hazırda bu barədə məhkəməyə müraciət etmişik və işə Bakı 2 saylı İnzibati-İqtisadi məhkəmədə baxılmaqdadır. Biz heç nə istəmirik. Hazırkı vəziyyətdə “Bazarstore” MMC-nin mülkiyyətimizdə olan obyekti boşaltmasını və tək etməsini tələb edirik. Bu bizim tam haqqımızdır. Buna həm Azərbaycan Respublikasının Konstitutsiyası, həm də, ölkənin mülli qanunvericiliyi imkan verir. Ümid edirik ki, məhkəmə bizim iddiamızı tam təmin edəcək və “Bazarstore” MMC-nin bizə məxsus olan obyektdən çıxarılması barədə qətnamə qət edəcəkdir.”

Qaynar.info