Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun – RATİ-nin direktoru, Azərbaycan vətəndaşlığından və ölkədən çıxarılan, hazırda mühacirət taleyi yaşayan Emin Hüseynov "Xural"ın baş redaktoru Əvəz Zeynallıya Finlandiyada müsahibə verib.
Müsahibəni xural.com-a istinadla təqdim edirik.
Azərbaycandan ötrü çox darıxıram
– Salam. "Qaynar Qazan”da xoş gördük.
– Xoş gördük, Əvəz bəy.
–Heç ağlımıza gələrdimi ki, neçə ildən sonra biz Helsinkidə "KristalHall”da yox, "Finlandiya Hall”da görüşəcəyik. Nə var, nə yox? Vəziyyətnecədir?
– Şükür Allaha, hər şey yaxşıdır.Bircə Vətəndən kənardayıq. Əsas kədərli məqam budur. Həm də dostları,yaxınlarımızı tez-tez görə bilmirik.
– Yəni, Azərbaycandan ötrü darıxırsanmı? Belə çıxır ki, darıxırsan.
– Azərbaycandan ötrü çox darıxıram, amma həyat elə gətirib ki, hal-hazırda burada olmalıyıq. İnşallah, imkan olanda qayıdacağıq.
– Səhhətində problemlər də var idi. Onların hamısı düzəldimi?
– Səhhətimdə olan problemin bir qisminin üzərində mütəmadi işlər görürəm, bəziləri isə ömrümüzün axırınadək qalacaq.
– Aldığın zədələri qəsd edirsən?
–2003-2008-ci illərdəki, 2012-ci ildəki xəsarətlər izsiz qalmır. Yəni,insan istənilən bir zərbəni alarsa, nə qədər müalicə almasınabaxmayaraq, onun xəsarətləri qalır.
Əgər özünü bataqlıqdan çıxara bilməsən...
–Bura gəlişin çox maraqlı oldu. O zaman mən hələ həbsdə idim. Həbsxanadaolarkən, RATİ olaraq, Emin Hüseynov olaraq verdiyin dəstəyə görə, indifürsət varkən, öz təşəkkürümü bildirirəm. Amma axıradək də o dəstəyiverə bilmədin. Yəni, mən həbsxanada ola-ola sənin də başına belə işlərgəldi. Sonra da mən həbsdən çıxdım, səni tapa bilmədim. Daha sonra birdə baxdıq ki, sən getmisən. Həmin proses necə oldu? İndiyədək də bu,çoxlarına maraqlıdır. Hərə bir söz deyir, hərə bir versiya səsləndirir.
–İndi çox adam çox versiya səsləndirə bilər, onların şəxsi işidir.İnsanların ifadə azadlığı var, kim nə istəyirsə, deyə bilir. Amma mənimbelə bir prinsipim var ki, əgər mən kiminsə hüququnu qoruyuramsa,çalışıram ki, sonadək qoruyam. Əvvəla, qeyd eləməliyəm ki, öz hüququm,öz imkanlarım barəsində də düşünməliyəm. Əgər mən özüm öz hüququmuqoruya bilmirəmsə, deməli, başqasının da hüququnu qoruya bilməyəcəm.Çəkməçi bəzən görürsünüz ki, çəkmələrini itirir, amma kiməsə yenə çəkmədüzəldir. O yanaşma yanlışdır. Yəni, mən hesab edirəm ki, jurnalist vəyaxud da hüquq müdafiəçisi olan istənilən bir şəxs – bu, təbii ki, onunöz seçimidir, amma mənim dünyagörüşüm onu göstərir ki, bəzən daha önəmliolur ki, özünü xilas edib, sonra da başqalarını xilas edə bilmək üçünhər hansı bir iş görməlisən. Bunun üçün də ilk növbədə özününhüquqularını müdafiə etməlisən. Əgər özünü bataqlıqdan çıxara bilməsən,başqasını heç bir zaman bu bataqlıqdan çıxara bilməzsən. Keçmiş SovetlərBirliyinin keçmiş vətəndaşları olaraq ruslardan misal çəkməyixoşlayırıq: "Спасение утопающих, дело рук самих утопающих” – «Batanadamın xilası hər şeydən əvvəl özündən asılıdır». Kiməsə arxayın olmaq,ümid etmək ki, səni xilas edəcəklər, nəticədə boşa çıxa bilər. Ona görədə insan əvvəlcə özünü xilas etməyi bacarmalıdır.
– Elə sualım da ona gəlib çıxır. Nə oldu birdən-birə? Qəfildən getdin, deyəsən?
– Qəfildən olmadı. 10 aya yaxın Azərbaycanda çalışıb fəaliyyət göstərdik.
–Həbs olma təhlükəsi yaranandan sonra səfirliyə getdiyin anı nəzərdətuturam. Əvvəldən hadisələr necə oldu? Sənə xəbər gəldi ki, həbs olunmaqtəhlükən var?
– Biz, necə deyərlər,sətirarxası ifadələrin mənasını oxuya bilirik. Ən azı, bizə aydın olduki, ölkəyə qayıdanda belə bir hadisə ola bilər. Məsələn, mən xaricdəolarkən bir neçə jurnalistdən xəbər aldım. O vaxt Gürcüstanda idim vətelefonuma bir neçə zənglər oldu. Səhhətimlə bağlı müalicə üçünGürcüstana getmişdim. Qolum yerindən çıxmışdı və mən oradastasionar-ambulator müalicədən keçdim. 2-3 gün xəstəxanada qaldım. Sonramənə Vergilər Nazirliyindən zəng gəldi ki, "Emin, RATİ-yə yoxlama iləgəlmək istəyirik”. Haradasa iyulun 25-i olardı. Mən də onlara bildirdimki, hazırda Gürcüstanda xəstəxanadayam və 3-4 günə Azərbaycanaqayıdacağam. Hələ məndən soruşdular ki, "həqiqətənmi gələcəksiniz?”(Gülür…)
Dedi ki, əvvəlcə Leyla Yunusu, İntiqam Əliyevi və Rəsul Cəfərovu, axırda da səni tutacaqlar…
– Artıq bunun özü işarə olub…
–Dedim, "bəli, biz gələcəyik, gözümüz üstə yeriniz də var, gələrsiniztəşkilata, nə istəsəniz yoxlayarsınız…” Hərçənd bir şeyi də dedim ki,"Bizim təşkilatın mühasibləri, müavinlərim oradadırlar. Gedib, elə indibirbaşa yoxlamaya başlaya bilərsiniz. Mən də zəng vurub, tapşıraram ki,sizə lazım olan sənədləri təqdim edərlər”. Dedilər, "yox, tələsməyin, nəvaxt istəsəniz, gələrsiniz…” Ondan sonra daha bir zəng gəldi. Dostjurnalistlərdən biri idi, dedi ki, "Emin, səni tutacaqlar, ölkəyəqayıtma". Hələ iyulun 26-ı idi, dedi ki, "əvvəlcə Leyla Yunusututacaqlar, sonra İntiqam Əliyevi və Rəsul Cəfərovu, axırda da səni…”
– Allah, Allah, sirr deyilsə, kim idi?
–Həmin jurnalist Azərbaycandadır, mən onun adını çəkməklə onu təhlükəyəata bilərəm. Amma kameranı söndürəndən sonra onun adını deyə bilərəm.Çünki bu məlumatı da kimsə ona demişdi. Biz jurnalistlərin işi elədirki, bəzi həmkarlarımız dövlət mediasında, yaxud da hansısa məmurunyanında çalışırlar və onlara belə xəbərlər gələ bilir. Ona da belə birməlumat gəlib və o da mənə dedi ki, "belə bir iş var və sizə qarşıəməliyyat hazırlanır. Mən çox nigaranam, sənə deyirəm ki, qayıtma!”Dedim, "sən çox sağ ol ki, bu barədə xəbər verirsən, amma mənqayıdıram”. Və mən ölkəyə qayıdan günün səhəri Leyla Yunusu tutdular.Elə bil, sanki gözləyirdilər ki, hamı ölkəyə qayıtsın, tutsunlar. Artıqbiz görəndə ki, Rəsulu bir gün əvvəl ölkədən buraxmadılar – onun ölkədənçıxışına qadağa qoyulmuşdu – mən o zaman bildim ki, nəsə bir şey var.Buna baxmayaraq, mən bildirdim ki, əgər bizim də ölkədən çıxışımızaqadağa qoyulsa, biz kimdən əskiyik ki, oturub, işimizi davam etdirərik.Bəlkə nədənsə şübhələnirlər, yoxlayarlar, sonra da məsələ aradan qalxar.Ölkəyə qayıtdım, gördüm ki, Leyla Yunusu tutdular. Onda mən camaata dadedim ki, yəqin ki, nəsə anlaşılmazlıq olub. Mən özüm inanmadım ki, onututublar.
Leyla Yunusun tutulacağına inanmırdım
– İnandırıcı deyildi?
–İnandırıcı deyildi. Çünki kimsə mənə dedi ki, Leyla Yunusu tutublar,amma Arif Yunusu buraxıblar. Onda dedim ki, "bu, necə ola bilər, birinitutub, digərini buraxıblar, yəqin bu, oyundur, nədir?” Sonradəqiqləşdirdim, gördüm ki, həqiqətən də L.Yunus barəsində həbs qətimkantədbiri seçilib. Ondan 2-3 gün sonra – avqustun 2-də Rəsul Cəfərovututanda bildim ki…
-Artıq sən də həbs olunacaqsan?
–Necə bildim? Belə bir misal var, birinin başına bədbəxt hadisə gələndədeyirlər ki, bu, xeyirədir. Deyirlər, bir kənddə kasıb bir kişi olur,bir dənə də atı olur. Bir gün baxırlar ki, bu ağlayır, soruşurlar, deyirki, atı axşamdan yoxa çıxıb. Kəndin ağsaqqalı bunu sakitləşdirib, deyirki, fikir eləmə, bu, xeyirədir. Camaat elə düşünür ki, ağsaqqaldəlidir. Amma iki gündən sonra kasıbın atı yanında dayça ilə geriqayıdır. Hamı kişini təbrik edir, amma ağsaqqal yenə deyir ki, bu,şərədir. Camaat yenə fikirləşir ki, at yanında balası ilə qayıdıb, bununharası şərədir? Bundan bir qədər sonra atın balası böyüyür, onundırnaqlarını nallayanda kişinin yeganə oğlunu təpiklə vurub ayağınısındırır. El-gün yığılıb, kişiyə təskinliyə gələndə ağsaqqal deyir ki,bu, xeyirədir. Hamı yenə də təəccüblənir. Bir müddət sonra müharibəbaşlayır və kəndin bütün əli silah tutan oğullarını cəbhəyə aparırlar,amma kişinin oğlu topal olduğu üçün onu aparmırlar. Camaat da görür ki,ağsaqqal haqlı imiş. İndi mənim də qolum yerindən çıxıb…
Anamın ad gününə yığışmalı idik
– Xeyirə imiş…
–Yay ayları olduğundan işçilər dedilər ki, bizi Qubaya apar, mən dəRATİ-nin bütün kollektivini yığıb Qubaya aparmışam. Çay qırağındaişçilərə kabab çəkirdim. Yağışdan sonra çayın kənarı sürüşkən olub, nəsəayağımı qoyan kimi sürüşdüm, bir tərəfi üstünə düşdüm, qolum yerindənçıxdı. Bütün günü işçilərə deyirdim ki, axı mən sizə dedim, gəlin siziNabrana – dəniz kənarına aparım. Siz də məni bu meşəyə gətirib,yıxdınız. Ondan sonra bir ayağım həkimlərdə qaldı – o həkim, bu həkim…Qolumun hesabına travmatologiyaya getdim, həkim baxıb dedi ki, bura suyığılıb, yaxşı olar ki, Türkiyəyə gedib, yoxlatdırasan. Mən də getməkistəyəndə gördüm ki, pasportum yoxdur. ASAN xidmətə yaxınlaşdım, oradanbildirdilər ki, 150 manat dövlət rüsumunu ödəyəndən 12 saat sonra xaricipasportu mənə təqdim edəcəklər. Avqustun 4-də pulu ödədim. Qolum gipsdəgəzirəm. Necə oldusa, Novella Cəfəroğlu ilə Səidə Qocamanlı mənibulvarda gördülər. Uşaqlarla çay içirdik. Soruşdular ki, qoluna nə olub?Dedim, qolum çıxıb, vəziyyəti pisdir. Səidə Qocamanlı dedi ki, mənimnəvəmin sümüklərində problem var. Türkiyədə ailə həkimimiz var, çoxyaxşı qiymətlərə müalicə edir. İstəyirsənsə, həmin həkimə deyək, sənigöndərək Türkiyəyə… Mən də belə baxdım, fikirləşdim ki, onsuz daGürcüstanda olmuşam. Yəni getmək planımda yox idi. Səhəri gün dedi ki,sənin üçün həkimdən randevü almışam, sabah emailinə məktub gləcək. Birdə gördüm ki, xəstəxanadan məktub gəlib ki, filan vaxtı həkimlərandevünüz var. Getdim, bilet almağa, gördüm ki, pasportum maşının"bardaçok”unda qalıb. Dostumla gəlmişdim, o da Gürcüstana qayıdıb.Fikirləşdim ki, nə edim? Getdim ASAN Xidmətə və bildirdim ki, pasportumyoxdur. Sistemlə yoxladılar – barmaq izlərini götürmüşdülər. Dedilər ki,sabah gəlin, pasportunuzu problemsiz götürün. Avqustun 5-də pasportugötürdüm, həkimlə də randevünün vaxtını dəyişdirdim. İstanbulhospitalında 2 günlük də yer götürmüşdüm. Avqustun 8-də də geriyə biletalmışdım. Çünki anamın yubileyi idi həmin gün… adətən, həmin gün bütünqardaşlar bir yerə yığışırıq, ata-anamla bir yerdə oluruq. Zamanla evdətapılmırıq, amma avqustun 8-də bir yerə yığılırıq. Avqustun 5-də gedəndəməni buraxmadılar. Sanki ayıldım. Fikirləşdim ki, aaa… lap eyni şeydirki, Rəsulu da buraxmamışdılar.
– Rəsul artıq həbs olunmuşdu?
–Rəsulu avqustun 2-də artıq tutmuşdular. Leyla xanım da o vaxta qədərtutulmuşdu. Nəzarət bölməsində 2 saata qədər yoxladılar. Bütünsənədləri, həkimdən randevü kağızlarını onlara göstərdim və dedim ki, ayyarımdır qolum məni incidir. Dedilər, yox qardaş, sənə heç bir izahatverə bilmərik. Dedim, axı qanun var, izah edin, əgər təqsirləndirənşəxsəmsə, məni tutun, aparın. Dedilər ki, yox, səni tutub aparasıdeyilik, çıx get. Məni geri döndərdilər, bütün sənədləri də götürdüm. 1gün sonra – avqustun 6-da məhkəməyə müraciət elədim. Avqustun 7-də dəmənim prokurorluğa çağırılmağım barəsində bildiriş gəlib.
Avqustun 8-dən sonra telefonları bağladım
– Ananın ad günündə?
–Anamın ad günündə prokurorluğa çağırıblar. Özü də bu bildirişi anamgiləçatdırıblar və mənə də heç bir sənəd verməyiblər. Mənim yaşadığımünvana da heç bir bildiriş göndərilməyib. Sonradan bildim ki, anamgiləzəng vurub deyiblər ki, "Emini görsəniz, deyin ki, prokurorluğa gəlsin”.Mən də avqustun 8-dən sonra bütün telefonlarımı qoydum kənara. 1-2tanış həkimə müraciət etdim ki, qoluma yığılan suya əncam çəkilməsinəkömək etsinlər. Telefonları da yanımda gəzdirmirdim. Ona görə də fizikiolaraq, heç kəs məni tapa bilmirdi.
– Belə demək olarmı ki, artıq sən gizli şəraitə keçdin?
–Ehtiyatlı şəraitə keçdim. Necə deyərlər, "ehtiyatlı igidin anasıağlamaz…” Artıq görürdüm ki, məni izləyirlər, ehtiyatlanmağabaşlamışdım. Avqustun 7-də RATİ-nin əməkdaşı Rasim Əliyevə – Allah onarəhmət eləsin – dedim ki, mənim özümə yaxın bildiyim, etibar elədiyimadam yoxdur, mən həkimə getməliyəm. Bakıda sənəd istəyə bilərlər, onagörə də dostlarla əlaqə saxladım, dedilər ki. Naftalanda yaxşı yerlərvar. Rasim məni öz maşını ilə götürdü və avqustun 7-dən 8-ə keçən gün 5ulduzlu "Çinar” otelində qaldıq. Çünki iki xəstəxananın ikisi də doluidi və bizə demişdilər ki, gözləyək. Oteldə Rasimin planşetini Wi-Fi-yabağladıq və xəbərləri oxuyanda gördük ki, İntiqam Əliyevi tutublar.Dedim, "Rasim, telefonu söndür”.
RATİ mühasirəyə alınandan sonra bütün rabitə xətlərini söndürdük
– Sən artıq bildin ki, 100 faiz səni həbs edəcəklər?
–Avqustun 8-də İntiqam müəllimi aparanda gördüm ki, deyir, "optimistolun, optimist olun!” Dedim, "telefonları söndür, bizi indiaxtaracaqlar”. "Azadlıq” radiosunda da məlumat verilmişdi ki, artıq RATİmühasirəyə alınıb. Bu xəbəri də alandan sonra bütün rabitə xətlərinisöndürdük. Zatən mənim telefonum artıq yox idi, Rasimdə də elə-belə,ucuz telefon var idi. Amma həm də planşeti var idi. Ondan sonra dakeçdik…
– Partizan şəraitinə?..
– Rasim soruşdu ki, "nə eləmək lazımdır?” Dedim ki, "mən artıq burada qala bilmərəm”.
– Rasim də qorxmaz oğlan idi…
–Əgər Rasim həmin gün məni aparmasaydı, mən bu gün, bəlkə, hələ dəhəbsxanada idim, bəlkə də başqa bir şey olacaqdı. Yəni, faktiki olaraq,həmin gün Rasim məni xilas elədi.
– Bakıya gəldiniz?
–Mən Bakıya gəldim, Rasimə də təşəkkür elədim ki, "sağ ol, iki gün mənəkömək elədin”. Artıq Rasim də anlamışdı ki, nə var-nə yox? Biz həm dəmaşını sürəndə Rasim radara düşmüşdü, şəklimizi gecəynən çəkmişdilər.Tapşırdım ki, polis səndən nə soruşsa, sən həqiqətləri deməlisən. Yəni,demə ki, Emini görməmişəm, de ki, Emini bir neçə xəstəxanaya aparmışam.2-3 gündən sonra Rasim prokurorluğa çağırıldı. Sonradan onun özü ilətelefonla danışdım, dedi ki, "demişəm, Emin xəstəxanaya getməli idi, onuxəstəxanaya, həkimlərin yanına aparmışam”. Daha o "sarı tellər”ətoxunmayıb. Başqa nə soruşublarsa, deyib ki, bildiyimi sizə dedim.
– Bəs, nə vaxt səfirliyə getdin?
– Avqustun 18-də.
– 10 gün Bakıda qaldın?
– 10 gün başqa bir yerdə qalmışam.
– Bəs səfirliyə necə getdin?
– Səfirliyə də elə öz ayağımla getdim girdim.
– Bəs dedilər ki, kimsə səni aparıb?
– Vertolyotla aparmışdılar məni?
Rasim qədər mənə kömək edən ikinci bir şəxs də olub
– Mən belə eşitmişəm ki, səfirliyə gedəndə kimsə səni müşayət eləyib.
– Rasim qədər mənə kömək edən ikinci bir şəxs də olub, yaxın dostum. O, kömək edib və mən də onun köməkliyi ilə içəri keçmişəm.
– İdrak Abbasov olub?
– Mən o şəxsin adını deyə bilmərəm. Nə vaxtsa, vaxt gəlsə, deyəcəm.
– Kömək edib…
–Bəli, kömək edib. O adam, faktiki olaraq, məni xilas edib. Amma mənistəmirəm ki, bu gün həmin adamın adını açıqlayam. Çünki Rasimin başınagətirilənləri mən artıq görmüşəm.
Rasim məhz avqustun 8-də – o hadisədən düz 1 il sonra – öldürüldü
– Sən elə düşünürsən ki, Rasimin başına gətirilənlərlə səni qorumağının arasında bir rabitəmi var?
–Bir məqam mənim üçün bu gün də qaranlıq qalır. Rasim məhz avqustun 8-dəöldürüldü. O hadisədən düz 1 il sonra. Başqa bir meyar olsaydı,deyərdim ki, olan olub, keçən keçib. Hətta mən bir neçə dəfə Rasiməölkəni tərk eləməyi təklif eləmişdim. O, ölkəni tərk etmədi. Demişəm ki,ya xaricdə, ya da yaxın xaricdə səni işlə təmin edə bilərik. Yalnız birşey olacaq ki, Azərbaycandan kənarda olacaqsan. Dedim ki, "buhökumətdən hər şey gözləmək olar. Ucuz qisas belə gözləmək mümkündür.”İş elə gətirdi ki, məhz həmin gün də Rasim öldü.
– Yəni deyirsən ki, təsadüfi hadisəyə oxşamır?
–Bir şey deyim ki, nə üçün bu təsadüfi hadisəyə oxşamır. Və mən bunutəsadüfi hesab eləmirəm. Ən azı, mən Rasimin ölümünü jurnalistin ölümükimi qiymətləndirirəm. Rasimi peşə fəaliyyətinə görə həyatını qurbanvermiş jurnalist hesab edirəm. Hər bir şeyi kənara qoyaq – RATİ-ni,mənimlə dostluğunu və s. Rasim Əliyev jurnalist kimi döyülərək,xəstəxanaya qəbul olunub. Həmin xəstəxanada mənim özüm 3-4 dəfəyatmışam. Küçədə kiminləsə dalaşırsan, yarım saatdan sonra sahəmüvəkkili gəlir, adamı halsız halda belə dindirməyə başlayır.
– Tamamilə doğrudur, üstəlik də Rasim jurnalistdir.
–Üstəlik də bütün hüquq-mühafizə orqanlarına xüsusi xətlə birbaşaməlumat verilir ki, jurnalist ölüb. Protokol var. Sabah jurnalistöləndə, ölkənin imicinə zərər dəyir. Milli Təhlükəsizlik Nazirliyinəkimi məlumat daxil olur ki, filankəsi bıçaqlayıblar. Hökumətin də işiodur ki, əlində olan imkanlarla o jurnalistin həyatını qorusun. Bizimhəkimlər isə, faktiki olaraq, Rasimi öldürüblər. Mən bəzən deyirəm ki,onu filankəslər yox, həkimlər öldürüblər. Və yaxud da digər qüvvələr,hansılarının ki, tapşırıq vermək səlahiyyətləri var. Həmin xəstəxanadaRafiq Tağı da ölüb. O da həmin jurnalist idi ki, onu reanimasiyadanümumi palataya köçürmək peşə cinayəti idi. Həkim bu işdə istintaqa cəlbolunmadı.
– Rasimin işində onu döyənlərə, düzdür, çox iş verdilər, amma həkimləri də istintaqa cəlb eləmədilər.
–Rasimi döyənlərə ömürlük iş belə versəydlər, o, mənim üçün heç birgöstərici deyildi. O adamlar həqiqətən də Rasimi döyüblər və məhkəmə ilədə cəzalarını alıblar. Amma bunun özü cinayətin üstünün açılmasınıgöstərmədi. Yəni, cinayətdə əli olan bir qrup şəxs cəzalarını alıb. Buişdə məsul şəxs qismində həkimlər, polislər və işi aparan prokurorluqəməkdaşları olublar. Rasim bu hadisədən 4-5 gün əvvəl polisə hədələndiyibarəsində məlumat verib. Rasim "Azərbaycan Polisi” günündə bir məşhurşəkil paylaşıb. Həmin şəklin tarixçəsi də çoxlarına məlum dur. Etirazaksiyalarının birində çəkiliş aparan Rasimi polis sərt hərəkətlərləvurur və çəkiliş aparmasına imkan vermir. Sonradan – bu şəkil yayılandansonra həmin polisi tutduğu vəzifədən azad etdilər. Rasim də həminşəklini facebook-da paylaşıb və altından da yazıb ki, "AzərbaycanPolisi, bayramın mübarək!” Satira ilə yazıb. O satiradan sonra onakimlərsə yazılar yazmağa, təhdid eləməyə başlayıblar ki, "indi sənəgöstərərik ki, polis haqqında necə belə şeylər yazmaq olar… Sənsatqınsan, xainsən, Vətəni sevmirsən”. Rasim də "screen shot”-ları mənəgöndərirdi və mən də ona dedim ki, belə situasiyalarda 3 məsləhətim var:ya ölkədən çıx, ya polisə təhlükəsizliyinin qorunması ilə bağlımüraciət elə, ya da özünü gözlə.
– Yəni sən təxminən bu hadisələrdən əvvəl Rasimə məsləhətlərini vermisən?
–Hə. Mənimlə danışandan sonra o, 102-yə zəng vurub, bir də polisə yazılımüraciət edib. Hər şeyi də olduğu kimi yazıb. Hər hansı bir vətəndaş öztəhlükəsizliyindən narahat olub, polisə müraciət edirsə, polis mütləqhadisələri nəzarətə götürməlidir. Əgər polis vətəndaşı müdafiə eləmirsə,sonradan onun başına bir iş gəlirsə, o adam sonradan həlak olur, ya daölürsə, təbii ki, kimsə bunun cavabını verməlidir. Demək istədiyim odurki, nə polislər, nə də həkimlər istintaq işinə cəlb olunmayıblar.
– Mən belə başa düşdüm ki, Rasimin başında bu qeylü-qal var imiş…
– Necə?
Kimsə kimisə kimlərinsə əli ilə öldürür
–Yəni Rasimin başında bu təhdidlər var idi. Rasim hər zaman kimlərinsətərəfindən hədə-qorxu və təhdidlər alıb. O zaman son döyülmə hadisəsi dəplana daxil olubmu, yoxsa, təsadüfən belə bir iş olub?
–BMT-nin 200 dövlət üzvü var. Həmin 200 dövlətdə jurnalistlərinölümlərinin necə baş verdiyini təhlil eləsək, görərik ki, onların daqatillərinin arasında futbol azarkeşləri, etiraz edən oxucu kütləsi vəs. olur. Kimsə kimisə kimlərinsə əli ilə öldürür və sonra da deyir ki,"görürsən, kimsə daş atdı, jurnalistin başına dəydi, öldü…” Bu daşı kimatıb? Daş hansı tərəfdən atılıb, onu yoxlamırlar.
– Çox gizli bir əl sanki ssenari qurub…
–Baxın. Rasim hadisədən dərhal sonra 103 xidmətilə Təcili Tibbi Yardımçağırıb, onlar gəlməyiblər. Rasim özü maşına minib, xəstəxanaya gəlib.Bu ağırlıqda xəsarətlərlə xəstəxanaya gələn adama həkim deyib ki, "sənqızsan bəyəm, qorxursan, sabah gedib futbol oynayacaqsan”. Rasim israredib ki, narahatdır, ağrıyır, onu yoxlasınlar. Mən də zəng vurdumuşaqlara, dedim ki, nə lazımdırsa, eləyin. Pul da lazımdırsa, göndərim.
Normal bir ölkədə Oktay Şirəliyev cəzalandırılmalı idi…
– Özü ilə danışdınız?
–Özü ilə danışdım. Ölməsindən 1 saat, yarım saat öncə yarım saata yaxındanışdıq. Dedim ki, "Rasim, səni çox yormaq istəmirəm, dincəl”. Həttazarafatlaşdıq. Rasimin köhnə iş yoldaşları yanında idi. Bütünjurnalistlər yanında olub. Yəni, həkimlər görüblər ki, Rasimjurnalistdir. Haradasa, jurnalistika fakultəsinin tələbəsi yox, artıqtanınmış bir adamdır. Rasimin yanına gəlirlər, kameralar qoşulur, ondanmüsahibə götürürlər. Adi bir misal çəkim. Həkimin yanına adi bir arayışüçün gedəndə, özünü təqdim edib, jurnalist olduğunu bildirəndə, həkimözünü yığışdırır. Çalışır ki, xəstəxananın nöqsanlarını jurnalistgörməsin. Yaxşı palataya köçürmək haqqında tapşırıq verir, həkimətapşırır və s. Tibbi protokola görə, xəstəxanaya müraciət edən xəstənisoyundurmalıdırlar, rentgenə, UZİ-yə salmalıdırlar, xəstəliyindiaqnozunu tapmalıdırlar və s. Rasim isə elə necə gəlmişdisə, o paltardada öldü. Mayka ilə, remenli şalvarla palatada uzanmışdı. Bu, artıqhəkimlərin cinayətidir. Rasimin həkimlərinin hamısı cinayət məsuliyyətidaşıyır, onların hamısı tutulmalı idi. Amma dövlət başçısı İlham Əliyeviki gün sonra Səhiyyə naziri Oktay Şirəliyevə "Şərəf” ordeni verdi. Onabu mükafat düşür? Oktay Şirəliyev vəzifədə olduğu müddətdə iki jurnalistxəstəxanada ölüb, normal bir dövlətdə buna görə nazir cəzalandırılmalıidi.
– Bütün baş verənləri sən təsadüfi hesab eləmirsən…
–Yox, mən təsadüfi hesab eləmirəm. Ən azı ona görə ki, Rasimin ölümükimlərəsə sərfəli idi. Kimlərsə, kiməsə nəsə göstərə bilərdilər. Hər birşey ola bilərdi. İstənilən halda bu cinayət obyektiv şəkildəaraşdırlımalı idi. Ən azı, həkimlər məsuliyyətə cəlb oluna bilərdilər.Diqqət etsəniz, görərsiniz ki, bu işdə 5 nəfər həbs olunur, amma işinmahiyyətində dayanan Cavid Hüseynovun cinayət işi bu işdən ayrılıb,kənara qoyulur. Bu adam, faktiki olaraq, həbsdən azad ediləcək. Bizbilmirik, bəlkə də elə Cavid həmin şəxsləri öyrədib, deyib ki, "gedin,onun dərsini verin”. Mən ümumiyyətlə, Azərbaycanda 1993-cü ildən bu günəqədər ifadə azadlığı ilə bağlı bütün tarixi oxumuşam. Bir dəfə dərastlaşmamışam ki, futbol azarkeşlərindən kimsə gəlib jurnalistidöysünlər. Bir dəfə olub, azarkeşləri "Futbol+” qəzetinin səhifələrindəbir-birilərini təhqir ediblər. Amma buna görə kiminsə jurnalisti döyməsihadisəsi ilə rastlaşmamışam. Bu hadisədə, guya, futbol azarkeşlərigəlib, jurnalisti ölümcül döyürlər və əl-qol sallayıb, gedirlər.
– Hətta biri də məhkəmədə demişdi ki, "lap əcəb eləmişəm…”
–Dediklərinin əziyyətini də, cəzasını da çəkəcək. Bu, məsələnin başqabir tərəfidir. Amma KİV-də kimisə təhqir etməyib ki? Rasim facbook-da özsəhifəsində balaca bir fikir bildirib. Yazıb ki, filan məsələyə bu cüryanaşmaq düzgün deyil. Rasim 200 minlik tirajı olan "Azadlıq” qəzetindəCavidi söyməmişdi ki… Rasim kimi facebookda o qədər futbol azarkeşi varki… Elə tanınmış adamlar var ki, deyirlər, bu Azərbaycanın futbolyığmasını aparıb zibilliyə atmaq lazımdır. Kimsə öz fikrini bildirdiyiüçün burnu qanayıb? Nəyə görə məhz Rasim hədəfə götürüldü?
Əgər kiminsə evinə gəlib, gizlənmisənsə, ev yiyəsinə baş ağrısı gətirəcək şeyləri etməzsən
–Qayıdaq sizin səfirliyə getməyiniz məsələsinə… Bunu mətbuat da yazdı,deyəsən, "dost”unuzun da saytı geniş araşdırma yazısı verdi.
– Hansı dostum?
–(Yarızarafat, yarıcıddi…) Həbsxanada müdafiə edib, Guillermo Canomükafatını verdirdiyiniz dostun. Hətta elə mənzərələr çəkməyə çalışdılarki, guya, səfirliyə girənə qədər bütün onlar baş vermişdi. Guya, qrimolunubsan, başqa bir paltar geyinibsən, səfirliyin qarşısına gələndəpolis səndən nəsə soruşub. Bu vaxt səfirlikdə səni dərhal içərisalıblar. Ondan əvvəl isə ABŞ səfirliyinə müraciət etmisən. Buyazılanlarda, deyilənlərdə nə kimi həqiqət var? Ümumiyyətlə, hadisələrnecə oldu?
– Avqustun 8-də günorta saatlarında İsveçrə səfirliyinə gəlmişəm.
– Yəni əvvəlcə ABŞ səfirliyinə getməmisən?
–Yox, yalan söhbətlərdir. İsveçrə səfirliyinə gəldim və orada özümüxarici vətəndaş kimi təqdim elədim. Dedim ki, xahiş edirəm, məni…
– Görünüşünü dəyişmişdin, yoxsa?..
– Necə varamsa, elə idim. Bəzi vizual dəyişikliklər var idi, amma biometrik göstəricilər eyni idi.
– Qrim kimi şeylər olub?
– Qrim olmayıb, amma birbaşa tanımaq da mümkün deyildi.
– Polislər nəsə soruşdular?
– Sizə nə maraqlıdır?
– Özün dedin ki, əgər maraqlıdırsa, danışım, mən də dedim ki, təbii, maraqlıdır…
– Orada olan hadisələri danışmaq üçün bir kitablıq yazı yazmaq lazımdır.
– Yəni elə bir zəngin təəssürat var?
–Bir müsahibədə o haqda ətraflı danışmaq mümkün olmaz, amma ailəüzvlərimdən kiminlə əlaqə saxlamaq istəyirdimsə, saxlaya bilirdim.Başqalarına gəlincə isə – birdən soruşa bilərsiniz ki, jurnalistlərləəlaqə saxlaya bilmədim – mən orada qonaq idim.
– Yəni onlar əvvəlcədən bilirdilər ki, sən kiminlə əlaqə saxlayacaqsan?
–Gəlin, belə bir şey deyim. Müəyyən qaydalar yox, dəyərlər var ki, əgərsən kiminsə evinə gəlib, gizlənmisənsə, ev yiyəsinə problem, baş ağrısıgətirəcək şeyləri etməzsən. Ev yiyəsi sənə kömək edib, müvəqqəti dəolsa, öz himayəsinə götürüb. Sən də ətrafda olanlarıqıcıqlandırmamalısan. Qayda budur. Mən də ən azından bunu başa düşüb,İngiltərədə qalan Culiana Assanc kimi eyvanda mətbuat konfranslarıkeçirə bilməzdim. Yəni mən öz ölkəmdə idim və Azərbaycanla İngiltərənimüqayisə eləsək, tamamilə başqa-başqa məkanlardır. Özünüz də bunu yaxşıbaşa düşərsiniz.
– Yəni dövlətlərarası skandala səbəb ola bilərdin? Onun bir narahatçılığını hiss elədinmi və ya sənə hiss elətdirdilərmi?
– Yox, mən heç nə hiss eləmədim. Siz deyirsiniz ki, skandal olub.
Azərbaycan və İsveçrə diplomatiyasının tarixində ilk hadisə
–Hər halda Azərbaycan tarixində ilk belə hadisədir ki, tanınmış vəönəmli bir insan çox rahatlıqla bu sistemin əlindən çıxa bilir. Bununəyə bağlayırsan? 8-9 ay bir ölkənin səfirliyində sığınacaq almaqAzərbaycan diplomatiyasında ilk hadisə oldu.
– Nəinki Azərbaycanın, İsveçrənin diplomatiyasında belə bir hadisə ilk dəfə idi ki, olurdu.
–Çox maraqlıdır. İsveçrənin sənə qarşı olan münasibətindən, yoxsa ümuməninsan haqlarına olan münasibətindən yaranan özəllik idi?
–Mən deməzdim ki, bu, mənə xüsusi olan münasibət idi. İsveçrənin çoxzəngin humanitar bir tarixi var, ola bilsin, bunun da kökləri var.
– Sən niyə məhz İsveçrə səfirliyinə getdin? Digər dost səfirliklər də var idi. Onların bir çoxu da səni tanıyırdı.
–Özünü dünyada humanitar sahədə daha çox doğrultmuş ölkə olaraq məhzİsveçrəni bildiyim üçün ora müraciət etdim. Düşündüm ki, ən azı,İsveçrənin sınaqdan çıxmış diplomatik mexanizmləri var. Həm də İsveçrə,insan hüquq müdafiəçilərinin qoruma mexanizmlərini bir il əvvəl tətbiqeləmişdi və onların hazırlanmasında özüm də yaxından iştirak etdiyimüçün oranı seçdim. Digər tərəfdən, seçim də o qədər böyük deyildi.
– İsveçrənin səhv etmirəmsə, Xarici İşlər naziri prezidentlə danışıqlar apardı.
– Belə deyək, dövlətlərarası diplomatik danışıqlar gedirdi.
– Sən çox şeyləri demək istəmirsən, diplomat kimi danışırsan.
– Yox. Mən o şəxslərdən heç birinin yanında oturub, danışıqlarda iştirak eləməmişəm.
İlham Əliyevdən soruşun
– Hansı şərtlər müqabilində sənin ölkədən çıxışına razılıq verildi?
– O şərtlərin nə olduğunu bilmək üçün daha yaxşı olardı ki, imkanınız varsa, İlham Əliyevdən soruşun.
– Yoxdur imkanlarımız…
–Yəni, o şərtləri qəbul etmiş tərəflər var və mən sadəcə o şərtlərinnəticəsini gözləyən bir tərəf idim. Amma təbii ki, hansısa danışıqlarınbir nəticəsi oldu.
– Yəni sənə qarşı da şərtlər irəli sürüldü ki, danışmayacaqsan, filan istiqamətdə fəaliyyətini dayandıracaqsan?
– Mənə heç bir şəxs tərəfindən heç bir şərt qoyulmayıb.
– Amma vətəndaşlığınızı əlinizdən aldılar…
–Bəli, vətəndaşlığım əlimdən alınıb. Azərbaycan hökuməti elə hesab etdiki, mənim vətəndaşlığımı əlimdən almaqla, mənə hiss ediləcək dərəcədəbir zərbə vurublar.
– Belə çıxır ki, sən hal-hazırda vətənsizsən, sənin vətəndaşlığın yoxdur.
–Qanuni olaraq mən Azərbaycan Respublikasının vətəndaşıyam. Bunun necəolduğunu izah edim. Azərbaycan vətəndaşlığını mənə nə İlham Əliyev, nəHeydər Əliyev, nə də Əbülfəz Elçibəy verməyib.
Vətəndaşlıqdan çıxarılmağımı qanunsuz hesab edirəm
– Bu məsələ ilə bağlı məhkəməyə müraciət etmək niyyətin varmı?
– Bir şeyi qeyd etmək istəyirəm ki, mən vətəndaşlıqdan çıxarılmağımı qanunsuz hesab edirəm.
– Vətəndaşlıqdan çıxmağınla bağlı sənə sənəd veriblər?
– Bəli, veriblər.
– O sənədi alandan sonra ölkədən çıxdın, yoxsa çıxandan sonra sənədi verdilər?
–Mən ölkəni tərk edəndən 1 ay sonra evimizə sənəd gəlib ki, mən iyunun10-da – ölkəni tərk etməzdən 2 gün əvvəl vətəndaşlıqdan azad olunmuşam.
– Hansı əsaslarla vətəndaşlıqdan çıxarılmısan? Bu haqda sənəddə səbəb göstərilibmi?
– Əsas mənim müraciətim olub.
– …Sən vətəndaşlıqdan çıxmağınla bağlı müraciət etmisən?
– Bəli. Müraciət etmişəm, amma…
…Menyüdə seçim üçün çox şey yox idi
– Yəni ölkədən çıxmağının əsas şərtlərindən biri də bu olub ki, Azərbaycan vətəndaşlığından imtina edəsən?
–Hə. Amma məsələyə belə yanaşaq. Mənim durumumda olan istənilən şəxsüçün menyüdə seçim üçün çox şey yox idi. Amma bir daha təkrar edirəm,bu, elə məsələdir ki, əgər hətta mənə heç kimsə təzyiq göstərmədən mənAzərbaycan vətəndaşlığından imtina etmək üçün İlham Əliyevin adınamüraciət etsəm də, prezidentin heç bir səlahiyyəti yoxdur ki, mənivətəndaşlıqdan çıxarsın.
– AzərbaycanRespublikasının Konstitusiyası heç kim üçün bu səlahiyyəti vermir ki,Azərbaycan vətəndaşını vətəndaşlıqdan çıxarsın.
–Bəli, hətta İlham Əliyev də məni Azərbaycan vətəndaşlığından çıxarabilməz. Bir daha təkrar edirəm. Hətta mənə qarşı heç bir təzyiq olmadan …
– Öz xoşunla müraciəti yazsan belə…
– Bəli, öz xoşumla yazsam belə, İlham Əliyevin məni Azərbaycan vətəndaşlığından çıxarması üçün heç bir səlahiyyəti yoxdur.
Avropa İnsan Haqları Məhkəməsinə müraciət eləmişəm
– Ona görə də soruşuram ki, məhkəmədə bu məsələni mübahisələndirəcəksənmi?
–Mən zatən bu məsələni mübahisələndirdim. 18 dekabr 2015-ci ildə –miqrantların hüquqlarının pozulması ilə əsaslandırılan BeynəlxalqMiqrasiya günündə Avropa İnsan Haqları Məhkəməsinə müraciət eləmişəm.Ümidvaram ki, məhkəmə də Azərbaycan vətəndaşlığından çıxarılmağımıqanunsuz hesab edəcəkdir.
– Necə oldu? Birdən-birə gəlib sənə dedilər ki, "hazırlaş, gedirik?”, yoxsa necə?
– O, uzun bir məsələdir, Əvəz bəy.
–Yox, mən konkret olaraq bilmək istəyirəm ki, ölkədən çıxacağınla bağlıməlumatın var idimi, yoxsa birdən-birə gəlib dedilər ki, məsələ həllolundu, gedirik?
– Yenə deyirəm ki, o, çox uzun bir məsələdir, amma onu deyə bilərəm ki, bu, müəyyən danışıqların nəticəsidir.
– Narahat idinmi ki, birdən səfirlikdən çıxanda səni tutarlar? Danışıqları nəzərə almaya bilərlər.
– Mən cəmi bir dəfə, o da səfirliyə girəndə narahat idim
1-2 dəqiqə də çəksəydi…
– Çıxanda artıq rahat idin?..
–Yox, mən səfirliyə gələndə gördüm ki, orada adamlar məni həbs etməküçün gözləyirlər. 1-2 dəqiqə də çəksəydi, məni gözləyən 10 nəfərdən biricəld tərpənsəydi, mən içəri daxil ola bilməyəcəkdim.
– Amma səni tanımayıblar?
– Məni tanımadılar.
– Onlar da artıq duyuq düşəndə, hər şeyi fərq edəndə səni İsveçrə səfirliyinin içərisinə saldılar…
–İçəridə olanda oradakı əməkdaşlardan, mühafizə xidmətininəməkdaşlarından biri pasportu istədi. O zaman başa düşdüm ki, nəolursa-olsun, vaxtı udmalıyam. Dedim ki, pasportum viza şöbəsindədir,alıb, indi verərəm. Bunu deyəndə, onlar…
– Şübhələndilər?
–…yox, şübhələnmədilər. Onlar zatən artıq şübhələnmişdilər və qıraqdaolanlar da yaxınlaşmışdılar. Səfirliyin qarşısında az qala məni əhatəyədə almışdılar. Amma başa düşmürdülər ki, bu kimdir. "Pasportu indi, 5dəqiqəyə gətirəcəm”,- deyəndən sonra qapı açıldı və …
– Sən keçdin?
– Bəli, mən keçəndən sonra da dedim ki, 5 dəqiqəyə gəlirəm.
Çalışdım ki, yaxşı aktyorluq işi nümayiş elətdirim
– O zaman, yəqin, çox həyəcanlı olmusan…
–Birinci məqamda başa düşdüm ki, əgər həyəcanlansam, başa düşübtutacaqlar. Çalışdım ki, yaxşı aktyorluq işi nümayiş elətdirim və içərikeçim.
– İçəri keçəndən sonra polislərə tərəf dönüb, demədin ki, "bay-bay”?..
–Elə demədim, amma dedim ki, "5 dəqiqə gözləyin, indi pasportugətirəcəm”. Yəqin 5 dəqiqə məni gözləyəndən sonra görüblər ki, mənçıxmamışam, başa düşüblər, ən azı, biliblər ki, 10 nəfərdən 9-u çıxıbsa,deməli, biri içəridə qaldı.
– Səfirlik əvvəlcədən sənin gələcəyinlə bağlı məlumatlı idi, yoxsa ora gedəndən sonra məlumatlandılar?
– Yəni səfirlik əvvəlcədən məlumatlı idi, yoxsa yox?
– Hə, səfirliyin sənin gələcəyinlə bağlı əvvəlcədən məlumatı var idi?
– Mən bunu bilmirəm.
Bütün Qərb ölkələrinin səfirliklərinin qarşısında qruplar məni gözləyiblər
– Deməli, bilmirsən.
– Amma bir şeyi də sonradan bildim ki, bütün Qərb ölkələrinin səfirliklərinin qarşısında qruplar məni gözləyiblər.
–O zaman belə çıxır ki, sən əvvəlcədən bu məsələ ilə bağlı hansısasəfirliklərlə danışıq aparmısan. Ən azı fikirləşmisən ki, busəfirliklərin hansına gedim.
– O məsələləri mən şərh eləməyəcəm.
– Doğrudan da danışılacaq şey çoxdur. Mən belə baxıram ki…
– Bəli, danışılacaq şeylər çoxdur. Amma nə vaxtsa, 10 il sonra bu haqda bir daha danışarıq.
– Bir onu dəqiqləşdirmək istəyirəm. Hava limanına İsveçrənin Xarici İşlər nazirinin maşınında gəldin, yoxsa necə?
–O, önəmli deyil. Onu deyə bilərəm ki, bir yerdə ölkəni tərk elədik.Xarici İşlər nazirinin təyyarəsi ilə, dövlət nümayəndələrinin də olduğuheyətlə ölkəni tərk elədim. Xırda detallar burada o qədər də önəmlideyil.
Ailəmi incitdilər
–Yox, əslində önəmlidir. Haradan getdin, necə getdin, maraqlıdır. Sənölkəni tərk edəndən sonra evi, ailəni narahat etmədilər ki? Təzyiq,filan olmadı ki?
– Mən orada olanda ailəmibir az incidirdilər. Valideyinlərimi, anamı prokurorluğa çağırıblar.Anamın ad günündə gəlib, ona verdiyim köhnə "ipod”-u belə aparıblar vəbu günə kimi də qaytarmayıblar. Anam da hər dəfə məndən soruşur ki,mənim "ipod”-umu nə vaxt alıb, göndərirsən? Deyirəm, göndərəcəm. Hərşeyi apardılar. Təşkilatın əmlakını apardılar. Tutalım, bu, önəmsizdir.Amma qardaşımı da incitdilər.
– Mehmanı, deyəsən, indiyə qədər də ölkədən buraxmırlar.
– Bəli, buraxmırlar. O biri qardaşımda da müəyyən problemlər var. Qardaşlarım sənəd, pasport belə ala bilmirlər.
–Bizim səninlə söhbətimiz həddindən artıq çoxdur. Hələ biz səninləburadakı işlərin, planlarınla bağlı heç nə danışmadıq. O haqda dadanışmadıq ki, RATİ-nin gələcəyi necə olacaq? Azərbaycan mətbuatınındurumu nə yerdədir? Burada hansı proseslər gedir? Çünki AvropadaAzərbaycanla bağlı çox proseslər gedir, biz də burada olduğumuz 1-2 günərzində gördük ki, yığılıb qalan son dərəcə ciddi problemlər var. Sən dəuzun müddətdir ki, bu işlərlə məşğul olmayıbsan. Bunların hamısıayrılıqda geniş bir söhbətin mövzusudur. Sənin də vaxtın məhduddur. Bizdə artıq yekunlaşdırmalıyıq.
– Daha 5-10 dəqiqə danışa bilərik…
Bütün işlərimiz darmadağın olunub
– Burada nə kimi planların var? Nə olacaq, nə eləmək istəyirsən?
–Planlarım çoxdur. Azərbaycanda ifadə azadlığı, digər fundamental insanhaqları ilə bağlı fəaliyyətimi imkan daxilində davam elətdirəcəm vədavam elətdirirəm də… Lakin RATİ-nin həyata keçirdiyi bir neçə layihəni –indiyədək həyata keçirdiyimiz "Obyektiv TV” layihəsini həyata keçirməkmümkün deyil. Çünki artıq bunu həyata keçirmək üçün nə texniki, nə dəinsan potensialına malik deyilik. Bütün işlərimiz darmadağın olunub.İkincisi, ölkədə bir yerə toplaşıb, hansısa tədbiri keçirmək beləproblemdirsə, digər layihələri də həyata keçirmək mümkün deyil. Amma başverən nöqsanları fiksasiya eləmək, onları yerli və beynəlxalqictimaiyyətə çatdırmaq və Azərbaycanın üzərinə götürdüyü beynəlxalqinsan haqları öhdəliklərini həyata keçirmək üçün ictimai vəkilliyi davamelətdirmək hələlik mümkündür. Başqa şeyləri isə eləmək mümkün deyil.Biz ancaq Azərbaycanın qoşulduğu beynəlxalq sazişləri nəzərə alaraq,Azərbaycan Konstitusiyasının insan haqları sayəsindəki dəyərlərininəzərə alaraq, işimizi imkan daxilində davam elətdirə bilirik. Ammatəbii ki, 2014-cü ilin yayına qədər elədiyimiz işlərin bu gün 70 faizinigörə bilmirik.