Xəbər lenti

"Rayonlarda 1 milyona yaxın iş yeri potensialı var"
Ölkə09:39 12.02.2016

"Rayonlarda 1 milyona yaxın iş yeri potensialı var"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Əgər bələdiyyələri torpaqsatan imicindən qurtarmaq istəyiriksə, onlara ya əlavə səlahiyyət verməliyik, ya da bütövlükdə bələdiyyə institutunu ləğv etməliyik".

Qaynar.info modern.az-a istinadən bildirir ki, bunu deputat Zahid Oruc parlamentin plenar iclasında müzakirələr zamanı deyib. Onun sözlərinə görə, nəhayət icra hakimiyyətləri bilməlidir ki, bələdiyyələrin işinə maneə yaratmaq olmaz:  

"Əhalinin 4 milyonu gəlib Bakıda məskunlaşıb. Qalanı da bölgələrdədir. Bu qədər əhalinin rayonda işləməsi üçün yerlər torpaq sahələridir. Çünki rayonlarda 1 milyona yaxın iş yeri potensialı var.

Ancaq vətəndaş əmin olmalıdır ki, rayona geriyə dönəndə onun ödədiyi pullar onun artezianına, yoluna qoyulacaq, bələdiyyə kreditlərinə çevriləcək".    

Qaynar.info