
Bu gün klublar arasında dünya çempionatına yekun vurulub.
Qaynarinfo.Az xəbər verir ki, final oyununda Madrid “Real”ı təşkilatçı ölkə Yaponiyanın təmsilçisi “Kashima Antlers”lə qarşılaşıb. Oyun “Real”ın 4:2 hesablı qələbəsi ilə başa çatıb. Madrid klubunun 3 qolunu Kriştianu Ronaldu vurub. Bununla da Ronaldu klub səviyyəsində beynəlxalq görüşlərdə vurduğu qolların sayını 103-ə çatdırmaqla Lionel Messini bu göstəricidə keçib.
Yarışın Ən yaxşı oyunçusu da Ronaldu seçilib. Turnirin feyr-pley mükafatını isə meydan sahibləri “Kashima Аntlers” qazanıb.
Bu qələbə sayəsində “Real” tarixində 2-ci dəfə (ilk dəfə 2014-cü ildə) klublararası dünya çempionu olub.
“Real” - “Kashima Antlers” – 4:2
Qollar: Karim Benzema, 1, Kriştianu Ronaldu, 60-pen., 98, 104 - Qaku Shibasaki, 44, 52
Qeyd edək ki, yarışda III yer uğrunda qarşılaşmada Kolumbiyanın “Atletiko Nasyonal” klubu Meksikanın “Amerika” komandasına qalib gələrək (2:2, penaltilər seriyasında 4:3) bürünc medal qazanıb.
Qaynarinfo.Az