Xəbər lenti

"Reina" terrorçusu polislərə atəş açıb, qaçdı
Ölkə07:15 11.01.2017

"Reina" terrorçusu polislərə atəş açıb, qaçdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakırköydə polislərin maşında tutduğu "Reina" terrorçusunun polislərə atəş açıb, qaçdığı iddia edilir.

İddialara görə, yol polisləri yanvarın 2-də Bakırköydə içərisində "Reina" terrorçusunun olduğunu düşündükləri maşını saxlayıblar. Onlar Abdulqadir Maşarifova bənzəyən şəxsdən şəxsiyyət vəsiqəsi tələb ediblər. Bu anda maşının içərisində olan digər iki nəfər polislərə atəş açaraq qaçıblar.

Polis maşını avtomobilin arxasına düşüb. Polislər şübhəlinin avtomobilinin təkərini partladıblar. Sonra şübhəlilər izi itiriblər. Maşın Piyalepaşa məhəlləsində park edilmiş halda tapılıb.

Araşdırma aparılıb. Məlum olub ki, avtomobil oğurluq, nömrəsi isə saxtadır.(milli.az)

Qaynarinfo.Az