
Bu gün saat 11-00 da "Royal Bank" ASC-nin Yasamal rayonu M.Seyidov küçəsi 20 A ünvanındakı (158 saylı məktəbin yaxınlığı) ofisində əmanətçilərin etiraz toplantısı keçiriləcək. Bu barədə Qaynar.info-ya etirazçılar məlumat veriblər.
http://www.facebook.com/pages/Royalbankemanet/476741609040941
Onlar bildiriblər ki, "Royalbank" ASC-nin lisenziyası ləğv edilərək fəaliyyəti dayandırıldıqdan sonra yüzlərlə əmanətçi müflis hala düşüb: "Təyin edilən ləğvedici şirkət əmanətçilərə bu günə kimi yalnız 4.4 faiz məbləğində əmanəti geri qaytara bilib. Bu da o deməkdir ki, bu ilin sonuna qədər yaxşı halda əmanətçilərə 10 faiz civarında vəsait geri ödənilə bilər. Qalan əmanətlərin taleyi barədə heç bir əlaqədar qurumdan məlumat almaq mümkün deyil. Ləğvedici şirkət bu günə kimi fəaliyyəti barədə heç bir məlumat verməyib və yığdığı vəsaitlərin hansı istqamətdə sərf edildiyini açıqlamayıb".
Əmanətçilərin sözlərinə görə, bankın "müflis" olmasının əsas səbəbkarı olan Mərkəzi Bankın rəhbərliyinə etdikləri müraciətlərə də formal cavab verilib.
Bu səbəbdən əmanətçilər çıxış yolunu prezident İlham Əliyevə müraciət etməkdə görüblər.
Qaynar.info