Xəbər lenti

"Rusiya tələsindən çıxmağın bir yolu var ki..." - Açıqlama
Ölkə13:38 19.01.2017

"Rusiya tələsindən çıxmağın bir yolu var ki..." - Açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gənclərin Atlantik Müqaviləsi Assosiasiyasının rəhbəri Zaur Əkbər Qaynarinfo.Az-a açıqlamasında bildirdi ki, mövcud durumda ölkəmizin təhlükəsizliyi, həm də Rusiya tələsindən çıxmağın bir yolu var ki, bu da NATO ilə əlaqələri və münasibətləri ölü nöqtədən tərpətməkdir:

"NATO ilə əməkdaşlıq müstəvisində Azərbaycan hazırda aparmış olduğu Fərdi Tərəfdaşlıq Fəaliyyət Planından (IPAP) İntensiv Dialoq mərhələsinə keçidlə bağlı ortaya iradə qoymalıdır. Necə ki, Gürcüstanın da ərazisi Rusiya tərəfindən işğal olunmasına baxmayaraq, hazırda NATO ilə sıx əməkdaşlıq edir. Hətta, mümkündür ki, Azərbaycan öz ərazisində mümkün şərtlər daxilində anti-terror əməliyyatları adı altında NATO bazasının yerləşdirilməsinə razılıq versin".

Qaynarinfo.Az