Xəbər lenti

"Rövşən zalimə zalim, məzluma dost idi" - Elton
Ölkə15:42 18.08.2016

"Rövşən zalimə zalim, məzluma dost idi" - Elton

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xəbər verdiyimiz kimi, məşhur azərbaycanlı avtoritet Rövşən Lənkəranski İstanbulda məruz qaldığı silahlı hücum zamanı qətlə yetirilib.

Qafqazinfo-nun məlumatına görə, bütün sosial şəbəkələrdə müzakirə mövzusu olan bu xəbərə sənət adamları da biganə qalmayıblar. Onlardan biri də müğənni Elton Hüseynəliyevdir.

O, Rövşən Lənkəranski və Rusiyada yaşayıb fəaliyyət göstərən azərbaycanlı milyarder Telman İsmayılovla çəkdirdiyi fotonu “İnstagram” hesabında paylaşaraq bu şərhi yazıb:

“Azərbaycanın mərd oğlu getdi. Rövşən zalımın zalımı, məzlumun dostu idi... Vətən üçün çox böyük zəhməti, əməyi oldu. Hamı bir gün öləcək. Amma kişi kimi yaşayıb, kişi kimi ölmək hər adama nəsib olmayacaq!!! Sən həmişə bizim qəlbimizdə yaşayacaqsan, Rövşən... Allah məkanını cənnət eləsin. Doğrudursa yalan olsun təki, çox pis olmuşam. Allahdan ümid kəsilməz...” 

Qaynarinfo.Az