Xəbər lenti

"Şairlər günü" qeyd olunacaq
Ölkə11:03 27.05.2013

"Şairlər günü" qeyd olunacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İyunun 5-də  Azərbaycanda  ”Şairlər günü ” qeyd olunacaq. 

Hələ 3 il əvvəl  Şairlər Birliyinin rəhbəri  şair Xəyal Rzanın təklifi  və təşkilatçılığı ilə əsası qoyulan bu tədbir bu il “Govhar Group”un  yaxından iştirakı və təşkilati dəstəyi ilə daha geniş miqyasda keçiriləcək.

Builki “Şairlər günü”ndə dünyanın 6 ölkəsindən tanınmış şair və ədəbiyyatçılar, sənət adamları və musiqiçilər iştirak edəcək. Türkiyə, Qırğızıstan, Özbəkistan, Gürcüstan, Ukrayna və  Rusiyadan dəvət olunan qonaqların geniş siyahısını təqdim edirik:

Yeşim Ağaoğlu (Türkiyə) - şairə,9 kitab müəllifi

Ender Balkır (Türkiyə) –Türk xalq musiqisi ifaçısı

Mehmet Özkaya (Türkiyə) –TRT solisti, Türk sənət musiqi ifaçısı

Tuğba Akyuz (Türkiyə) -menecer

Gulay Sezer (Türkiyə) –sənətçi, Ələkbər Tağıyevin ”Sən gəlməz oldun” mahnısını Türkiyədə  tanıdan müğənni.

Yakup Ömeroğlu (Türkiyə) - Avrasiya  Yazıçılar Birliyinin sədri, “Qardaş Qələmlər” jurnalının təsisçisi

Dmitro Stus (Ukrayna) - Taras Şevçenko adına Ədəbiyyat Muzeyinin direktoru, Prezident yanında Mədəniyyət Şurasının  üzvü, Ukrayna Yazıçılar Asosiasiyasının vitse prezidenti

Mixail Sinelnikov (Rusiya) –şair,akademik,tərcüməçi (Xaqani, Nəsimi)

Dalmira Tilepbergenova (Qırğızıstan) – Bişek PEN  Təşkilatının prezidenti, şair, kino-rejissor

Şukratulla Rızayev (Özbəkistan) – “Cahan ədəbiyyatı” jurnalının  baş redaktoru, tanınmış ədəbiyyatşünas 

Giorgi Kekelidze (Gürcüstan) – Milli Parlament Kitabxanasının direktoru, şair 

XX əsr Azərbaycan şeirinin öncüllərindən biri  olan unudulmaz şair  Mikayıl Müşviqin doğum günü  ilə  “Şairlər günü“nün  üst-üstə düşməsi təsadüfi  deyil.

Bu həm bütövlükdə poeziyaya, həm də milli şeirimizin çox  sevilən nümayəndəsinə olan hörmətin təzahürüdür. Odur ki,tədbirin təşkilatçıları məhz Müşvifiqin adını daşıyan mükafatın şairlərə verilməsini məqsədə müfaviq hesab edir.

“Govhar Group”  un təşkilatçılıqı ilə baş tutacaq “Şairlər günü” Muğam Mərkəzində keçiriləcək.

Qaynar.info