
İslam.az-ın "əl-Mənar”-a istinadən verdiyi xəbərə əsasən, Səudiyyə Ərəbistanının kəşfiyyat naziri Bəndər bin Sultan Rusiya Federasiyasına səfəri zamanı Putinlə görüşərək Suriya məsələsində rəsmi Kremli tutduğu mövqedən çəkindirmək istəyib.
Məlumata görə Bəndər bin Sultan fikirlərini diplomatik yolla mətnaltı mənalarla çatdırıb.
Onun danışığından belə məna hasil olub ki, əgər Rusiya Bəşər Əsədi dəstəkləməyə davam edərsə, Əfqanıstan, Suriya, İraq və Çeçenistandakı sələfi silahlılar Rusiyada ciddi başağrısına çevriləcəklər.
Rusiya prezidenti Vladimir Putin isə bu cür ibarələrə dərhal açıq şəkildə cavab verib: "Rusiya Suriyaya heç bir silahlı müdaxiləyə icazə verməyəcək. Və əgər həmin başıpozuq sələfilər Rusiyaya daxil olarsa, onların ayaqlarını qırarıq.”
Qaynar.info