Xəbər lenti

"Sevincliyəm ki, şəhid balası kimi yenidən "Qarabağ"a qayıtdım" - Vüqar Nadirov
İdman11:28 14.07.2016

"Sevincliyəm ki, şəhid balası kimi yenidən "Qarabağ"a qayıtdım" - Vüqar Nadirov

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Qarabağ"ın yetirməsi olan Vüqar Nadirov yenidən doğma komandasına qayıdıb. Futbolçu ilə 1 illik müqavilə imzalanıb. Vüqar Nadirov peşəkar karyerasına "Qarabağ"da başlayıb və 2004-cü ilədək bu klubda forma geyinib, 2009-cu ildə yenidən komandaya qayıdan Nadirov 6 il yenidən "Qarabağ" forması geyinib. 

Qaynarinfo.az xəbər verir ki, Nadirov Ağdam komandasına dönüşü haqda öz fikirlərini klubun rəsmi saytına açıqlamasında bildirib:

"Olduqca sevincliyəm, bir ağdamlı, şəhid balası kimi yenidən "Qarabağ"a qayıtdım. Əlimdən gələni edəcəm ki, baş məşqçimiz Qurban Qurbanovun mənə göstərdiyi etimadı doğruldum. Hər bir komandada rəqabət var, "Qarabağ"da da məşqlərdə əlimdən gələni edəcəm ki, baş məşqçinin verdiyi tapşırıqları layiqli şəkildə yerinə yetirim. 6 il idi ki, bu komandada oynamışam, klub rəhbərliyini də tanıyıram, onlara da təşəkkür edirəm ki, yenidən komandaya qayıtmağımda dəstək oldular. Çalışacam, həm avrokuboklarda, həm də çempionatda komandaya xeyir verim. "Qarabağ" azarkeşləri bizim ürək yerimizdir. Çalışacam ki, onları sevindirim".

Qeyd edək ki, Vüqar Nadirov ötən mövsümü "İnter"də keçirib.

Qaynarinfo.az