Xəbər lenti

"Seymur Baycan Anarla arasını düzəltmək istəyir" - Elnur Astanbəyli
Ölkə11:35 08.04.2015

"Seymur Baycan Anarla arasını düzəltmək istəyir" - Elnur Astanbəyli

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“İndi ya o yazının qisasını almaq, ya da əli çox aşağıdır, “Ədəbiyyat” qəzetində, “Azərbaycan” jurnalında yazılar yazıb qonorar almaq istəyir. Ona görə də Anarla arasını düzəltməyə çalışır”.

Bu sözləri köşə yazarı Elnur Astanbəyli Axar.az-a yazıçı Seymur Baycanın onu  məhkəməyə verməsilə bağlı danışarkən deyib:

“Seymur boş-boş danışır. Ona görə də mənim ona nəsə ciddi cavab verməyimə lüzum yoxdur. Mənim ağlıma iki versiya gəlir. Mən bu yaxınlarda Seymurun maskasını yırtan bir yazı yazmışam ki, ölkədə başqa problemlər qala-qala ikinci, üçüncü dərəcəli məsələlərlə  – qab yumaq, yemək bişirməklə bağlı yazılar yazır. İndi ya o yazının qisasını almaq, ya da əli çox aşağıdır, “Ədəbiyyat” qəzetində, “Azərbaycan” jurnalında yazılar yazıb qonorar almaq istəyir. Ona görə də Anarla arasını düzəltməyə çalışır”.

Qeyd edək ki, Seymur Baycan “Kulis.az”a verdiyi açıqlamada şair-jurnalist, köşə yazarı Elnur Astanbəylini məhkəmə verdiyini və 1 manat təzminat tələb edəcəyini açıqlayıb.

Qaynar.info