Xəbər lenti

"SilkWay Bank”ın idarəetmə orqanında dəyişiklik olub
Ölkə12:24 08.08.2017

"SilkWay Bank”ın idarəetmə orqanında dəyişiklik olub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"SilkWay Bank”ın idarəetmə orqanında dəyişiklik olub.

"Qaynarinfo"nun məlumatına görə, Səhmdarların Ümumi Yığıncağının 7 avqust tarixli qərarına əsasən, "SilkWay Bank” ASC-nin idarəetmə orqanlarında dəyişiklik olub.

İdarə Heyətinin sədri Elçin Eldar oğlu Əhmədov Müşahidə Şurasının sədri, İdarə Heyətinin üzvü - sədrin müavini Mahir Əvəz oğlu Əhmədov isə - İdarə Heyətinin sədri vəzifəsinə təyin ediliblər.

E.Əhmədov 8 fevral 1982-ci ildə Bakı şəhərində anadan olub. 2004-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə və Kredit" fakultəsini bakalavr, 2005-ci ildə isə magistr dərəcəsi ilə bitirib. Bir çox tanınmış şirkətlərdə məsul və rəhbər vəzifələrdə işləyən E.Əhmədov 2009-cu ildə "Bank Silk Way" ASC-nin İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilib, 2012-ci ildən "SilkWay Bank" ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyinat alaraq bu günədək icra edib.

Qaynarinfo.Az