"Azər-Türk Bank" ASC-də növbəti kadr dəyişiklikləri baş verib. Bankdan “APA-Economics”ə verilən məlumata görə, Anar İsmayıl oğlu Hüseynov bankın "Gəncə" filialının müdiri təyin edilib.
Buna qədər bu filialın müdiri olan Ayazi Paşayev isə "Gəncə" filialının müdir müavini vəzifəsini icra edəcək.
Bundan başqa, "Azər-Türk Bank"ın yenicə açılan "Yasamal" filialına Adil Firudin oğlu Gözəlov müdir təyin edilib.
Xatırladaq ki, Ə.Məmmədov “Azərsığorta” şirkətinin İdarə Heyətinin sədri Məmməd Məmmədovun ("Sığorta Mamed") oğlu, “Azərbaycan Beynəlxalq Bankı”nın İdarə Heyətinin sədri Elmar Məmmədovun qardaşıdır.
Onu da qeyd edək ki, Elmar Məmmədov "Azərbaycan Beynəlxalq Bankı"ndan öncə "Azər-Türk Bank"da İdarə Heyətinin sədri olub.
Qaynar.info