
Ötən gün prezident İlham Əliyev “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun 14-cü maddəsində dəyişiklik edərək, maddənin ikinci hissəsinə “icazə” sözündən sonra “və ya qaçqın statusu” sözləri əlavə olunub.
Hüquqşünas Fariz Namazlı Qaynarinfo.Az-a maddəyə olan dəyişiklikləri şərh etdi.

Fariz Namazlının sözlərinə görə, maddəyə əlavə olunmuş “qaçqın statusu” ifadəsinin artırılması o deməkdir ki, qaçqın statusunu almış xarici vətəndaş Azərbaycan Respublikasının vətəndaşı ola bilər: "Əvvəl 5 il daimi Azərbaycanda yaşadıqdan sonra xarici vətəndaş vətəndaşlıq ala bilirdisə, artıq qaçqın statusu almış şəxslərin də siyasi, dini təqib və digər səbəblərdən ölkəsini tərk edib qanunda olunan dəyişikliyə görə vətəndaşlığa qəbul edilə bilər".
Pərvin Zeynal
Qaynarinfo.Az