Xəbər lenti

"Son zəng" şənliyində kütləvi dava oldu, bıçaqlananlar var - Gədəbəydə
Ölkə07:40 15.06.2016

"Son zəng" şənliyində kütləvi dava oldu, bıçaqlananlar var - Gədəbəydə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gədəbəydə "Son zəng" tədbirində insident olub. 

APA-nın verdiyi məlumata görə, hadisə rayonun Çaldaş kəndində qeydə alınıb. Məktəbdən kənarda keçirilən "Son zəng" şənliyində baş verən kütləvi davada 1996-cı il təvəllüdlü Yaşar Nəbiyev və onun əmisi oğlu 2001-ci il təvəllüdlü Röyal Nəbiyev bıçaqlanıb. Y. Nəbiyev Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, R. Nəbiyev isə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Cinayəti törətməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Ramin Tağıyev və başqa bir nəfər saxlanılıb.

Faktlıa bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.

Qaynarinfo.az