Xəbər lenti

"Sovetski"də yanğından 3 nəfər xilas oldu - FOTOLAR
Ölkə15:54 27.01.2017

"Sovetski"də yanğından 3 nəfər xilas oldu - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakının "Sovetski" kimi tanınan ərazisində üçmərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində üç mənzil tamamilə yanıb. 

"Report"un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğınsöndürənlər alovun digər mənzillərə keçməsinin qarşısı alınıb. 

Hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb. 1969-cu il təvəllüdlü Liya Mixailovna Xazitova mənzilində yanaraq dünyasını dəyişib. 1935-ci il təvəllüdlü Raisa Abıtalıbova Vahidovna isə yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb.

Eyni zamanda, hadisədə köməksiz vəziyyətdə qalmış iki nəfər - Leyla Cəfərova və Alim İsmayılov da xilas edilərək xəstəxanaya çatdırılıb. 

Qaynarinfo.Az