Xəbər lenti

"Space"-də növbəti istefalar gözlənilir - YENİLƏNİB
Ölkə11:23 20.06.2013

"Space"-də növbəti istefalar gözlənilir - YENİLƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Space"-də əsasən baş operator başda olmaqla digər operatorlar da istefa verməyə hazırlaşır. Qaynar.info-ya daxil olan məlumata görə, hazırda televiziyanın rəhbəri Vaqif Mustafayev onları danışığa çağırıb. 

Bildirilir ki, istefaların baş verməsinə səbəb əmək haqlarının az olması və TV-nin əməkdaşı Kəmalə Xəlilovanın işçilərlə sərt davranmasıdır. Onun Vaqif Mustafayevin adamı olmasından istifadə edib işçilərlə kobud davrandığı deyilir. 

Məlumatda o da bildirilir ki, kanalın icraçı direktoru Kamil Şahverdiyev işçilərə sentyabr ayından əmək haqlarının artırılacağını deyib. 

Xatırladaq ki, “Space” telekanalının icraçı direktoru Kamil Şahverdiyev bir neçə saat öncə mediaya açıqlamasında telekanalda istefaların olduğunu təkzib etmişdi.

_____

13:02

“Space” telekanalında operatorların kütləvi istefası başlayıb.

Publika.Az xəbər verir ki, işıqçılar və texniki heyətin rəhbər işçiləri də bu aksiyaya qoşulub. Təxminən 20 nəfər istefa ərizələrini telekanala təqdim edib.

İstefaların əsas səbəbi isə televiziyanın rəhbəri, tanınmış rejissor Vaqif Mustafayevlə əlaqədardır. Hazırda Vaqif Mustafayev bununla bağlı  müavinləri ilə iclas keçirir.

Qaynar.info