
Tanınmış aparıcı Əkbər Əlizadə ATV-də işə düzəlib.
O, ATV telekanalında “Qorxma, mən səninləyəm” adlı əyləncəli verilişdə aparıcılıq edəcək. AzNews.az-a daxil olan məlumata görə, Əkbər Əlizadənin bu layihəsində Toppuş bacı və Keyxanım kimi tanınan əməkdar artist Tünzalə və Ülviyyə Əliyevalar cütlüyü də olacaq. Əyləncəli şou proqramın əsas aparıcısı isə Ə.Əlizadə olacaq.
Xəbəri AzNews.az-a aparıcının özü də təsdiqləyib.