
Azərbaycan Prezidenti təmas xəttində atəşkəs rejiminin qeyri-sabit, kövrək olduğunu bildirib
Dağlıq Qarabağda təmas xəttində atəşkəs rejimi qeyri-sabitdir, kövrəkdir və mövcud status-kvo yolverilməzdir.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Almaniya kansleri Angela Merkel ilə Berlində keçirilən birgə mətbuat konfransında deyib.
"Təmas xəttində daim atəşkəs pozulur, atəşkəs rejimi qeyri-sabitdir, kövrəkdir. Bugünki status-kvo yolverilməzdir. Aprel ayından Ermənistan bizə qarşı silahlı təxribatları davam etdirir", - İ.Əliyev bildirib.
Qaynarinfo.az