
Nida Vətəndaş Hərəkatının təşkilatçılığı ilə çexiyalı dissident və dövlət xadimi Vatslav Havelin "Susqunluğun Anatomiyası" kitabının təqdimatı keçirilib.
Arqument.Az xəbər verir ki, tədbir Müsavat Partiyasının qərargahında baş tutub.
Tədbiri Hərəkatın İdarə Heyətinin üzvü Ülvu Həsənli açıb. Ardınca kitabın redaktoru Əli Novruzov məzmunla əlaqəli çıxış edib və tədbir iştirakçılarının suallarını cavablandırıb.
Təqdimat kitabların pulsuz paylanması ilə sona çatıb.
Qaynar.info






