Xəbər lenti

"Tarqovı”da ŞOK QADAĞA
Ölkə04:49 12.07.2014

"Tarqovı”da ŞOK QADAĞA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Tarqovı” adlanan ərazidə yeni qadağa nişanları quraşdırılıb.

ANS PRESS-in məlumatına görə, Bakının keçmiş “Tarqovıy” adlanan ərazisi olan Fəvvarələr meydanında velosiped, konki və skeyt sürməyin qadağan edildiyini göstərən xüsusi nişanlar dəmir dirəklərə quraşdırılıb.

Bu qadağanın əhalinin sağlamlığına dəyə biləcək hər hansısa bir zərərin qarşısını almaq üçün tətbiq edildiyi bildirilsə də, qadağaya qarşı olan skeyt, konki həvəskarları da var. Bəzi sosial şəbəkə istifadəçiləri isə Dənizkənarı parkda da təyin olunmamış yerlərdə velosiped sürənlərə qarşı bu qadağanın tətbiq edilməsini istəyiblər.

Qaynar.info