Xəbər lenti

"Təbii fəlakətlər Allahın qadınları qısqanmasına görədir" - Azərbaycanlı alim
Ölkə10:31 08.06.2015

"Təbii fəlakətlər Allahın qadınları qısqanmasına görədir" - Azərbaycanlı alim

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Əgər kişi qısqancdırsa, Allah daha çox qısqancdır"

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov "Dünyadakı zəlzələlərin və kataklizmaların səbəbi cins şalvar geyinən qadınlardır" deyən "Taliban" ideoloqu Fəzlur Rəhmanın fikirlərini dəstəkləyib.

Bu barədə Reaksiya.Az-a danışan azərbaycanlı ilahiyyatçı bildirib ki, dünyadakı təbi fəlakətlər və kataklizmalara qadınların açıq-saçıq geyinməsi, şəriət qaydalarına əməl etməməsi, yüngül həyat tərzi səbəb olur.

"Görürsünüz ki, son zamanlarda qadınlar daha çox açıq-saçıq geyinir, əxlaqsızlıq, fahişəlik artır. Bu, da dünyada fəlakətlərin artmasına səbəb olur. Əgər kişi qısqancdırsa, Allah daha çox qısqancdır. Allah-Təala açıq-saçıq geyinən qadınları qısqanır. Bütün təbii fəlakətlər də məhz buna görə baş verir".

Qaynar.info