Xəbər lenti

"Təmiz Şəhər" aşkarladığı silahları polisə təhvil verdi
Ölkə13:17 07.08.2014

"Təmiz Şəhər" aşkarladığı silahları polisə təhvil verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Son günlərdə Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunun tullantıların qəbul sahəsinə aparılan mütəmadi baxış zamanı müxtəlif silah və sürsatlar aşkarlanmış və ümumi tullantı kütləsindən xaric edilmişdir.

Belə ki, 86 ədəd 7,62 mm ps patronu, 32 ədəd 5,45 mm ps avtomat patronu, 11 ədəd ov tüfəngi patronu, 2 ədəd avtomat darağı, 2 ədəd süngü bıçaq və 1 ədəd fişəng “Təmiz Şəhər” ASC-nın məsul şəxsləri tərəfindən təhvil-təslim aktı əsasında 12-ci polis bölməsinə təhvil verilmişdir.

Ümumiyyətlə, “Təmiz Şəhər” ASC-yə təhvil verilən məişət tullantıları emal və zərərsizləşdirməyə yönləndirilməzdən əvvəl tullantı kütləsinə baxış keçirilir və tərkibində mümkün ola bilən təhlükəli, radioaktiv, iri həcmli tullantılar, həmçinin Səhmdar Cəmiyyətin istifadə etdiyi avadanlıqlara zərər verə biləcək materiallar tullantılardan ayrılır. Bu baxışlar zamanı həmçinin, hərbi silah və sürsatlar da aşkar edilərək hüquq mühafizə orqanlarına təhvil verilir.

Qaynar.info