Xəbər lenti

"Təzə bazar" kül oldu, bazar sahibinin bacısı jurnalistləri döydü - FOTO/VİDEO
Ölkə09:27 04.04.2017

"Təzə bazar" kül oldu, bazar sahibinin bacısı jurnalistləri döydü - FOTO/VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xəbər verdiyimiz kimi, ötən gecə Bakının Nəsimi rayonu ərazisində yerləşən "Təzə bazar"da güclü yanğın hadisəsi baş verib.
"Qaynar" big.az-a istinadən xəbər verir ki, ötən gün od tutub yanan bazarın görüntüləri görənləri dəhşətə gətirib. Belə ki, bazarın üst hissəsi demək olar ki, tamamilə yanıb külə dönüb. Məhsulları yanan, nəticədə olduqca böyük məbləğdə ziyana düşən sahibkarlar isə aqressivlik nümayiş etidirb.Jurnalistləri çəkiliş meydanından qovan sahibkarlar müsahibə verməkdən də imtina edib. 
Özünü "Təzə bazar" sahibinin bacısı kimi qələmə verən qadın olduqca aqressivliyi ilə seçilib. O, jurnalistlərə əl qaldıraraq, onlardan məkanı tərk etməyi tələb edib.
Qaynar.Az