Xəbər lenti

"Tır" aşdı: 2 nəfər öldü - Şabranda ağır qəza - VİDEO
Ölkə15:37 04.06.2016

"Tır" aşdı: 2 nəfər öldü - Şabranda ağır qəza - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gecə Şabran rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
RTV (Region TV) xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun 3-cü kilometrliyində qeydə alınıb. Xaçmaz rayon istiqamətində  hərəkətdə olan Sumqayıt şəhər sakini 28 yaşlı Emin Əhmədovun idarə etdiyi 99 XP 311 dövlət nömrə nişanlı yük maşını qarşıdan gələn Xaçmaz rayon Nərəcan kənd sakini 53  yaşlı Ramazan Hüseynovun idarə etdiyi 27 BN 614 dövlət nömrə nişanlı “Ford Transit” markalı avtomobillə toqquşub. 
Hadisə nəticəsində “Tır”ın sürücüsü xəsarət almasa da, digər avtomobildə olan sürücü və sərnişin hadisə yerindəcə həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Qaynarinfo.az